Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Abutalıbov «Azərbaycan» nəşriyyatının qarşısına parkomat qoyub – jurnalistlər çıxılmaz durumda (VİDEO)

Abutalıbov «Azərbaycan» nəşriyyatının qarşısına parkomat qoyub – jurnalistlər çıxılmaz durumda (VİDEO)

 Jurnalistlər Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbasdan kömək istəyir…

Bu gün Bakı şəhər İH-nin işçiləri «Azərbaycan» nəşriyyatının qarşısına parkomat yerləşdirib.
Məlum olduğu kimi, «Azərbaycan» nəşriyyatında ölkə KİV-lərinin çap və elektron media redaksiyalarında çalışan jurnalistlər yerləşir və onların sınıx-salxaq avtomobilləri nəşriyyatın qarşısında səhərdən axşama kimi dayanır. Çünki bura onların iş yeridir. Parkomatlarda isə saat hesabına vursaq, belə çıxır ki, jurnalistlər səhərdən axşama kimi avtomobillərini saxladıqlarına görə Hacıbala Abutalıbovun “Parkomat” idarəsinə günə 12-16 manat ödəməlidir. Ayda 150-200 manat alan jurnalistin (əgər onu da ala bilirsə) təkcə işə gəlməyinə və avtomobilini iş yerinin qarşısında saxlamasına görə bu qədər xərcə  düşməsinə nə ad vermək olar?

İkincisi, məlum məsələdir ki, parkomatlar ictimai yerlərdə, xüsusən də istirahət yerlərində, paytaxtın ümumi yollarında quraşdırılır. «Azərbaycan» nəşriyyatı isə Dövlət müəssisəsidir və Prezident Administrasiyasının balansındadır. Əgər elədirsə, belə çıxır ki, Hacıbala Abutalıbov Prezident Adminstrasiyasının da qarşısına parkomat qoya bilər?

«Azərbaycan» Nəşriyyatında işləyən jurnalistlər məsələ barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbasdan kömək istəyirlər və hazırda bir qrupp jurnalist məlum məsələ ilə bağlı müraciət hazırlayırlar.(tezadlar.az)

Azinforum.az

 

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …

Bir cavab yazın