Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / ABŞERON RİH BAŞÇISI XALQI NECƏ ALDADIR?

ABŞERON RİH BAŞÇISI XALQI NECƏ ALDADIR?

Hər kəs ölkədə islahatlardan, idarəetmədə gəncləşdirmədən danışır. Yəqin, elə buna görə də, Masazır bələdiyyəsinə “seçilən” namizədlər arasında 24 yaşlı və 21 yaşlı gənclər yer alır. Qalan üzvlər də YAP-çı namizədlərdir ki, çoxu da evdar xanım, məmurlardan kimlərinsə qohumları və Masazıra 1-2 il əvvəl köçən müəllimlərdir, yerli camaat onları tanımır. Xub pakizə! Kimdir ən çox “səs toplayan” və potensial sədr sayılan 24 yaşlı Bəhruz Fuad oğlu Xəlilov? Abşeron RİH başçısının köməkçisi olan Fuad Əflatun oğlu Xəlilovun oğlu. Həmin Fuad Xəlilov ki, hələ Zakir Fərəcovun vaxtından Abşeron RİH-də işləyib və onun atası mərhum Əflatun Xəlilov da icra hakimiyyətində işləyirmiş. Şəcərə formatında davam edən bu ötürə-ötürdə yeganə disbalans oğul Xəlilovun RİH-də yox, Bələdiyyədə vəzifə tutması olacaq. Seçkilər o qədər şəffaf keçirilib ki, seçicilər başqa bir müstəqil və “yetim” namizədə inanmayıblar… illah da, “Fuadın oğlunu seçək, atası illərdir bizi yaxşı get-gələ salır, bizimlə bir az oğlu da məzələnsin” deyiblər? Hamı deyir ki, bələdiyyələr müstəqil olmalıdır… Al sənə müstəqillik, al sənə gəncliyin qələbəsi. İradə Gülməmmədova illərdir Prezidenti də, abşeronluları da aldadır və aldatmağa davam edəcək! Bu rüsvayçılığa son verilməlidir!

Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə)

Həmçinin oxuyun

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!

“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.  Mobil …