Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Abşeron Rayon İcra Hakimiyyəti ilə “Azərxalça”da rəsmi yoxlama – Qərar

Abşeron Rayon İcra Hakimiyyəti ilə “Azərxalça”da rəsmi yoxlama – Qərar

Hesablama Palatasında kollegiya iclası keçirilib.
Mia.az Palataya istinadla xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:
– “Azərxalça” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası və dövlət əmlakından istifadəyə dair;
– Abşeron Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat fondlarından ayrılmış vəsaitlərin istifadəsinə dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul edilib. 
Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …