Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Abşeron İcra Hakimiyyəti dövlət bayraqlarını səhv asdı – FOTO

Abşeron İcra Hakimiyyəti dövlət bayraqlarını səhv asdı – FOTO

Uğrunda can verdiyimiz müqəddəs bayrağımız Şəhidimizin al qanı ilə suvarılan Vətənimin qürur mənbəyidir. Bayrağımız hər zaman onu sevənlərə, dəyərini anlayanlara etibar edilir.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız keşməkeşli yollardan keçib. Dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb.  Buna görə də, o bizlər üçün müqəddəsdir .

Bayraq milli ləyaqət simvoludur. Onu başı üzərində daşımaq bir şərəf borcudur həm də. Bu, hər kəsə nəsib olmur. Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir.Bayrağımıza bu cür hörmətsizlik edənlərin bəziləri təəssüf ki,  hazırda  Azərbaycanın ən möhtəbər postlarını yiyələnib.  Azinforum.az  Reportyor.org  saytına istinadən Bakı-Sumqayıt yolu və Abşeron Gənclər Şəhərciyi ərazisində İradə Gülməmmədovanın rəhbəri olduğu rayonun rəsmi qurumları tərəfindən səhv  asılan  bayraqların fotosunu təqdim edir.

Arife Eliyeva adlı şəxsin şəkli.

Arife Eliyeva adlı şəxsin şəkli.
Arife Eliyeva adlı şəxsin şəkli.
 
 Azinforum.az

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …