Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Aktual / ABŞ prezidenti çıxışında “soyqırım” sözünü işlədib

ABŞ prezidenti çıxışında “soyqırım” sözünü işlədib

Ağ Ev 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında erməni əhalisi ilə bağlı baş verənləri “soyqırım” kimi tanıyır.

Bu açıqlama ABŞ prezidenti Co Bayden tərəfindən 20-ci əsrin əvvəllərində baş verən hadisələrin növbəti anım günü – 24 aprel tarixində edilib.

Ağ Ev ənənəvi olaraq bu tarixdə qurbanların xatirəsinə həsr olunmuş açıqlamalar yayımlayır, lakin bu dəfəki bəyanatda ilk dəfə “soyqırım” ifadəsi işlədilir.

Bəyanatda milyon yarım erməninin 1915-ci ildə və sonrakı illərdə Osmanlıda kütləvi məhv kampaniyasının qurbanı olduğu qeyd edilir.

Açıqlamada bildirilir ki, ABŞ bununla qurbanların xatirəsinə hörmət etmək istədiyini, kimisə günahlandırmır.

2019-cu ildə bu məsələ ABŞ Konqresinin hər iki palatası tərəfindən tanınmışdı, lakin daha sonra bu qərar icra hakimiyyətinin dəstəyini almadı.

Bir sıra qərb mediası hələ bir gün əvvəl yazmıdı ki, ABŞ prezidenti aprelin 23-də türkiyəli həmkarı Recep Tayyip Erdoğana, Ağ Evə gəlişindən bəri ilk telefon zəngində ona 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırım” kimi tanımaq niyyətində olduğunu deyib.

Elə Baydeyin çıxış etdiyi gün BMT baş katibinin rəsmi nümayəndəsi isə bu məsələyə məhkəmənin qərar verməli olduğunu bildirmişdi.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankaranın Co Baydenin 1915-ci ildə Osmanlı İmperatorluğunun ermənilərinə qarşı soyqırımı etməsi iddialarına “qəti şəkildə qarşı olduğunu” söyləyib.

Türkiyə soyqırım ittihamları qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.

Həmçinin oxuyun

Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin …