Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ABŞ-ın AZƏRBAYCANA TƏTBİQ ETMƏK İSTƏDİYİ SANKSİYALAR – Şok SİYAHI

ABŞ-ın AZƏRBAYCANA TƏTBİQ ETMƏK İSTƏDİYİ SANKSİYALAR – Şok SİYAHI

ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.
“Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.
ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq, Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur” – deyə ATƏT-in saytında xəbər verilir.
Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur.
Sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafıə sahəsində əhəmiyyətli tərəqqiyə, həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa.
“Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlaqələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz” deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.

——-

“Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi kifayət qədər genişdir və orada çox sərt tədbirlər nəzərdə tutulur. Azadlıq.info nəzərdə tutulan sanksiyaların siyahısını yayımlayıb:
Sənədə görə:

– Azərbaycan hakimiyyətinin bütün üzvlərinə – prezidentə, baş nazirə və onun müavinlərinə, komitə sədrlərinə, nazirlərə, Prezident Administrasiyasının və xüsusi xidmət orqanlarının əməkdaşlarına, hakimlərə, eləcə də onların ailə üzvlərinə viza verilməsinə qadağa qoyulur;

– Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələri, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dərhal kəsilir;

– Azərbaycan hökumətinin humanitar layihələr də daxil olmaqla, bütün layihələrinin ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulur;

– ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin (Trade and Development Agency) Azərbaycanda fəaliyyətinə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təsisatlarının Azərbaycan hökuməti ilə əməkdaşlığına qadağa qoyulur;

– ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və s.) bütün layihələrinə veto qoysun;

– Azərbaycan hökumət üzvlərinin, həmçinin onların maraqlarına aidiyyəti olanların, qohumlarının, hökumətlə bu və ya digər dərəcədə bağlı olan işgüzar dairələrin xaricdəki bütün bank hesabları dondurulur, daşınmaz əmlaklarına həbs qoyulur, Azərbaycanın xaricdəki bütün biznes qurumlarının fəaliyyətinə qadağa tətbiq edilir.

Sənədin əvvəlində qeyd olunur ki, bu sanksiyalar Azərbaycanda bütün siyasi məhbuslar azad edilməyənə, demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əhəmiyyətli irəliləyişə olmayana, seçkilərin azad və ədalətli keçirilməsi təmin edilməyənə qüvvədə qalacaq.
Sənədi hazırlayan Helsinki Komissiyası kifayət qədər nüfuzlu qurumdur. Ora 9 senator, 9 konqresmen, Dövlət Departamentinin və Pentaqonun hərəsindən 1 nümayəndə daxildir.
Komissiyanın sədri Kristofer Smit Respublikaçılar Partiyasının liderlərindən biridir və nüfuzlu konqresmendir. Respublikaçılar indi Konqressin hər iki palatasında (Nümayəndələr Palatası və Senat) səs çoxluğuna malikdirlər. Bütün bunlar qanun layihəsinin qəbul ediləcəyinə şübhə yeri qoymur.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın