Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Aktual / ABŞ-da Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina niyə satılıb? – VİDEO

ABŞ-da Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina niyə satılıb? – VİDEO

ABŞ-da 1957-ci ildən Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina satılıb. Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən sonra Amerikaya mühacirət edənlərin toplaşdığı tarixi evdə Azərbaycan mədəniyyəti də qorunub- saxlanıb. Bəs bina niyə satılıb və ordan əldə edilən pul nəyə xərclənəcək?

ABŞ-da fəaliyyət göstərən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyəti 1957-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı tərəfində təsis edilib. ABŞ-a ilk dəfə olaraq Azərbaycan bayrağını gətirən Saleh bəyin ən böyük arzusu ABŞ-da yaşayan Azərbaycan icmasını bir yerə toplamaq idi. Elə bu səbəbdən də, o, Azərbaycan icmasından topladığı pullarla 1972-ci ildə Nyu-Cersi ştatının Nevark adlanan bölgəsində geniş otaqlardan ibarət tarixi bir köşkü satın alır. Saleh Şeyxzamanlı evin həyətində böyük məscid də inşa etdirir.

Köhnə görkəmindən əsər-əlamət qalmayan ev bir vaxtlar ABŞ-a Azərbaycandan qonaq gələn bütün mötəbər şəxslərin ilk ziyarət yeri idi. Bu evdə Polad Bülbüloğlu, Zeynəb Xanlarova və bir çox böyük sənətkarımız həmvətənlərimizlə görüşlər keçirib, Amerikada mühacir həyatı yaşayan soylaşlarımız burada adət-ənənələrimizi və irsimizi qoruyub- saxlayırdılar.

Azərbaycan evinin önündə yazılan löhvədə göstərilir ki, ev 2019-cu ildə Azərbaycan Amerika Cəmiyyəti deyil, başqa bir təşkilatın adı altında satışa çıxarılıb və sözügedən ərazidə nəhəng bir bina tikiləcək.

Hazırda bu cəmiyyətə rəhbərlik edən Tomris Azəri il əlaqə saxladıq. Bu mövzuda müsahibə vermək istəmədiyini deyən təşkilat rəhbəri evin satıldığını və əldə olunan vəsaitin dərnəyə aid bir bank hesabında saxlanıldığını bildirdi.

https://daytube.az/az/embed/105521

Həmçinin oxuyun

Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin …