Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / ABŞ-da 11 sentyabr, Ba­kı­da 15 il son­ra 11 sentyabr – Radikal is­lam­çılar meydanı ələ alır…

ABŞ-da 11 sentyabr, Ba­kı­da 15 il son­ra 11 sentyabr – Radikal is­lam­çılar meydanı ələ alır…

Ba­kı­da mi­tin­qin hər han­sı baş­qa bir gün­də yox, məhz 11 sentyabrda – ABŞ-da düz 15 il əv­vəl tö­rə­dil­miş dəh­şət­li ter­ro­run il­dö­nüm gü­nün­də ke­çi­ril­mə­si tə­sa­düf­dür­mü? Tə­sa­düf, ya qa­nu­na­uy­ğun­luq ol­du­ğu­nu bil­mə­sək də, ox­şar­lıq­lar çox­dur.
Mə­sə­lən, ABŞ-da­kı 11 sentyabr ter­ro­ru həm də öl­kə­də xa­os tö­rət­mək məq­sə­di­lə hə­ya­ta ke­çi­ril­miş­di. Ba­kı­da­kı 11 sentyabr ak­si­ya­sı­nın da, tam nə­za­rə­tə alın­ma­say­dı, han­sı­sa xa­os həd­di­nə qə­dər gə­ti­ril­mə­yə­cə­yi­nə kim­sə zə­ma­nət ve­rə bil­məz. ABŞ-da­kı 11 sentyabr ter­ro­ru­nun sse­na­ri­si mə­lum xa­ri­ci da­i­rə­lər­də cı­zıl­mış­dı. Ba­kı­da­kı 15 sentyabr ak­si­ya­sı­nın da əsa­sən xa­ric­dən ida­rə olun­du­ğu­na da­ir çox cid­di şüb­hə­lər var. Ba­kı­da mi­tin­qin ni­yə məhz ABŞ-da­kı 11 sentyabr olay­la­rı­nın il­dö­nüm gü­nün­də tə­yin edil­mə­si­nin ar­xa­sın­da han­sı sim­vo­lik mət­ləb­lər ola bi­lər? Bəl­kə 15 il əv­vəl ABŞ-ın mən­zə­rə­si­ni də­yiş­dir­mək hə­dəf­lən­di­yi ki­mi, bu gün də Azər­bay­ca­nın mən­zə­rə­si­ni 11 sentyabrda­kı ki­mi ak­si­ya­lar­la də­yiş­dir­mə­yi hə­dəf­lə­yən qüv­və­lər ba­rə­də da­ha cid­di dü­şün­mə­li­yik?
Hiss olu­nur ki, bə­zi re­gi­o­nal güc­lər, giz­li ser­vis­lər və di­ni cə­rə­yan­lar Azər­bay­can­da sa­bit­li­yi poz­maq, xa­os ya­rat­maq və bu­nun da nə­ti­cə­sin­də ha­ki­miy­yə­ti zor­la ələ ke­çir­mək ba­rə­də ra­zı­lı­ğa gə­lib. Bu stra­te­gi­ya xü­su­si­lə də FE­TÖ-nün Tür­ki­yə­də hə­ya­ta ke­çir­mək is­tə­di­yi uğur­suz hər­bi çev­ri­liş cəh­din­dən son­ra da­ha da açıq müs­tə­vi­də özü­nü bü­ru­zə ve­rir. Azər­bay­can hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın apar­dı­ğı əmə­liy­yat za­ma­nı ra­di­kal mü­xa­li­fət par­ti­ya­sı sa­yı­lan Azər­bay­can Xalq Cəb­hə­si­nin (AXCP) də FE­TÖ ilə əla­qə­lə­ri­nin ol­ma­sı üzə çıx­dı. Par­ti­ya səd­ri Əli Kə­rim­li­nin kö­mək­çi­si Fa­iq Əmir­li ter­ror təş­ki­la­tı­nın təb­li­ğat­çı­sı it­ti­ha­mı ilə həbs edil­di. Bu­nun­la ya­na­şı, par­ti­ya­nın bə­zi fə­al­la­rı­nın da FE­TÖ ilə əla­qə­də ol­ma­sı­na da­ir konkret faktlar gös­tə­ril­di. Ey­ni za­man­da, son vaxtlar AXCP ilə “Gü­lən ca­ma­a­tı” ara­sın­da ye­ni əla­qə­lər mü­əy­yən edi­lib, FE­TÖ-nün Tür­ki­yə­dən son­ra ra­di­kal mü­xa­li­fət va­si­tə­si­lə Azər­bay­can­da da və­ziy­yə­ti gər­gin­ləş­dir­mək pla­nı üzə çı­xıb.
Gö­rün­dü­yü ki­mi, ABŞ-Gü­lən şə­bə­kə­si-bə­zi re­gi­on öl­kə­lə­ri Azər­bay­can­da si­ya­si pro­ses­lə­rin nor­mal axa­rı­nı çər­çi­və­dən çı­xar­maq, cə­miy­yət­də gər­gin­lik, qar­şı­dur­ma ya­rat­maq üçün bir­gə plan hə­ya­ta ke­çi­rir. FE­TÖ-yə bağ­lı olan mü­xa­li­fət nü­ma­yən­də­lə­ri­nin həb­sin­dən son­ra san­ki ra­di­kal mü­xa­li­fə­tə əla­və im­puls ve­ril­di. Əv­vəl­lər bə­zi Qərb öl­kə­lə­ri və ABŞ-ın qa­pı­sı önün­də on­la­rı qə­bul et­mək xa­hi­şi­lə var-gəl edən mü­xa­li­fə­tin ta­nın­mış si­ma­la­rı ay­rı-ay­rı­lıq­da sö­zü­ge­dən öl­kə­lə­rin sə­fir­lik­lə­ri­nə də­vət olun­du. Öl­kə mət­bu­a­tın­da sə­fir­lik­lə­rə də­vət olu­nan si­ya­si­lə­rin tə­li­mat­lan­dı­rıl­dı­ğı, hət­ta küt­lə­vi ak­si­ya­la­rın təş­ki­li üçün on­la­ra kül­li miq­dar­da pu­lun ve­ril­mə­si ba­rə­də konkret faktla­ra əsas­la­nan mə­qa­lə­lər dərc edil­mə­yə baş­la­dı. Sə­fir­lik­lər­də qo­naq olan şə­bə­kə de­yi­lən it­ti­ha­ma­la­rı bir­mə­na­lı şə­kil­də rədd edir­di. An­caq 11 sentyabr mi­tin­qi ya­zı­lan­la­rın və irə­li sü­rü­lən eh­ti­mal­la­rın cid­di ol­du­ğu­na möh­kəm əsas­lar ver­di. Sentyab­rın 11-də ke­çi­ril­miş mi­tin­qə Qərb da­i­rə­lə­ri­nin, ha­be­lə bə­zi re­gi­on öl­kə­lə­ri­nin ya­xın­dan dəs­tə­yi açıq mü­şa­hi­də olun­du.
AXCP, Mü­sa­vat, “Ümid”, RE­AL və di­gər qu­rum­la­rın rəh­bər­lə­ri­nin ABŞ və bə­zi Qərb öl­kə­lə­ri­nin sə­fir­lik­lə­ri­nə ça­ğı­rıl­ma­sı, mü­za­ki­rə­lə­rin apa­rıl­ma­sı, bun­dan son­ra Mil­li Şu­ra­nın mi­tinq ke­çir­mək ba­rə­də qə­rar qə­bul et­mə­si, ha­be­lə ak­si­ya ərə­fə­sin­də ABŞ sə­fir­li­yin­dən si­ya­si par­ti­ya­lar, QHT-lər­lə in­ten­siv əla­qə sax­lan­ma­sı və mi­tin­qin dəs­tək­lən­mə­si­nin xa­hiş olun­ma­sı ba­rə­də me­di­a­da ge­dən mə­lu­mat­lar bu­nu bir da­ha təs­diq edir. Cə­mil Hə­sən­li­nin Stras­bur­qa sə­fə­ri, ABŞ Konqre­sin­də, Ha­a­qa­da Azər­bay­can­la bağ­lı mü­za­ki­rə­lə­rin təş­ki­li gös­tə­rir ki, bə­zi Qərb da­i­rə­lə­ri Azər­bay­can­da və­ziy­yə­ti gər­gin­ləş­dir­mək məq­sə­di­lə növ­bə­ti də­fə hə­rə­kə­tə ke­çib.
Xü­su­si­lə də bu pro­ses­də avan­qard ro­lu­nu oy­na­yan AXCP səd­ri Əli Kə­rim­li və onun ət­ra­fı­nın Azər­bay­ca­nın imi­ci­ni lə­kə­lə­mək və öl­kə­də gər­gin­lik ya­rat­ma­ğa meylli ol­du­ğu üzə çı­xır.
Sentyab­rın 11-də ke­çi­ri­lən mi­tinqdə iş­ti­rak edən elek­to­ra­tın bö­yük ək­sə­riy­yə­ti­ni ra­di­kal din­dar­la­rın təş­kil et­mə­si pro­se­sə bə­zi baş­qa da­i­rə­lər tə­rə­fin­dən də tə­kan ve­ril­mə­si­ni təs­diq­lə­di.
“İs­lam Hə­rə­ka­tı Bir­li­yi”nin səd­ri Ta­leh Ba­ğır­za­də­nin və İs­lam Par­ti­ya­sı­nın rəh­bə­ri ol­muş Möv­süm Sə­mə­do­vun da tə­rəf­dar­la­rı­nın 11 sentyabr mi­tin­qi­nə qo­şul­ma­sı bu pro­se­sin bə­zi qon­şu öl­kə­lə­rin mü­əy­yən da­i­rə­lə­ri tə­rə­fin­dən dəs­tək­lən­di­yi­ni və ida­rə olun­du­ğu­nu ay­dın gös­tə­rir. Mil­li Şu­ra və AXCP Azər­bay­ca­na qar­şı yö­nəl­miş həm­lə­lə­ri dəs­tək­lə­mək və an­ti-Azər­bay­can da­i­rə­lə­rin si­fa­riş­lə­ri­nin ic­ra­sı­na meyllən­mək­lə olan-qa­lan mil­li tə­əs­süb­keş­lik şü­ar­la­rı­nı tam şüb­hə al­tı­na at­dı.
Mə­lum­dur ki, Mü­sa­vat Par­ti­ya­sı ayın 18-nə mi­tinq tə­yin edib. Əli Kə­rim­li Mü­sa­vat Par­ti­ya­sı­nın tə­yin et­di­yi mi­tin­qi poz­maq üçün, əv­vəl­cə­dən plan­laş­dı­rıl­ma­dı­ğı hal­da, bir gün qa­ba­ğa mi­tinq tə­yin et­di ki, di­gər mü­xa­li­fət par­ti­ya­sı han­sı­sa pro­se­sə tə­kan ve­rə bil­mə­sin. Pro­ses­lər gös­tə­rir ki, ar­tıq Əli Kə­rim­li­nin və onun dəs­tə­si­nin ət­ra­fın­da oy­na­nı­lan an­ti­mil­li sse­na­ri­lər get­dik­cə güc­lə­nir, bu sse­na­ri­lə­rə AXCP-nin özü də ak­tiv cəlb olu­nur, həm də bu pro­ses AXCP-də­ki çox az say­da sağ­lam mil­li qüv­və­lə­rin al­da­dıl­ma­sı he­sa­bı­na sü­rət­lə hə­ya­ta ke­çi­ri­lir.
Hə­lə 90-cı il­lər­dən özü­nü bü­tün si­ya­si­ləş­miş din­lər­dən uzaq tut­ma­ğa ça­lı­şan El­çi­bəy­çi Xalq Cəb­hə­si­nin va­ri­si olan bu­gün­kü AXCP-nin, di­ni cə­rə­yan olub-ol­ma­dı­ğı tam mü­ba­hi­sə­li olan, hət­ta öz öl­kə­si Tür­ki­yə­də tam si­ya­si uğur qa­za­na bil­mə­yən mar­gi­nal Gü­lən hə­rə­ka­tı­nın, çox­dan­dır öl­kə­miz­də şi­ə­li­yi si­ya­si­ləş­dir­mə­yə və bu müm­kün ol­ma­dıq­da heç ol­ma­sa şiə-sün­ni əda­və­ti sal­ma­ğa ça­lı­şan re­gi­o­nal is­lam­çı qüv­və­lə­rin bir ara­da ol­ma­sı çox zid­diy­yət­li gör­sən­sə də, bu məhz be­lə­dir. Bu qə­dər rən­ga­rəng si­ya­si spektrin bir çər­çi­və­yə top­lan­ma­sı yal­nız qüd­rət­li xa­ri­ci da­i­rə­lə­rin tə­li­ma­tı ilə baş ve­rə bi­lər. İra­nın, Su­ri­ya­nın, Li­va­nın, Mi­si­rin təc­rü­bə­sin­dən gör­dük ki, bu da­i­rə­lə­rin hə­də­fi ümu­möl­kə miq­yas­lı xa­os tö­rət­mək­dir. Tə­əs­süf ki, xa­o­sun mər­kə­zin­də itir­di­yi ha­ki­miy­yə­ti qay­tar­maq id­di­a­sı­nı bir an ye­rə qoy­ma­yan AXCP və onun çev­rə qüv­və­lə­ri da­ya­nır.
Si­ya­si Tex­no­lo­gi­ya və İn­no­va­si­ya Mər­kə­zi­nin rəh­bə­ri Mü­ba­riz Əh­mə­doğ­lu da qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da əsa­sən bu qə­na­ət­lə­ri bö­lüş­dü. “Bə­zi ra­di­kal mü­xa­li­fət nü­ma­yən­də­lə­ri öz­lə­ri­ni çox gül­mə­li və­ziy­yə­tə sa­lır” – de­yən Əh­mə­doğ­lu bil­dir­di:

“Son ak­si­ya­da iş­ti­rak edən­lə­rin sa­yı ilə bağ­lı ağ­la gəl­mə­yən astro­no­mik rə­qəm­lər söy­lə­yir­lər. Hət­ta sta­di­o­nun tu­tu­mu­nu nə­zə­rə al­ma­yıb 10 min­lər­lə iş­ti­rak­çı­nın ol­du­ğu­nu da bil­di­rir­lər. Am­ma rəs­mi qu­rum­lar sa­yı 2500 gös­tə­rir. Lap ol­sun 5000. Bu say­la nə­sə et­mək müm­kün de­yil axı. Mə­nim hə­min mü­xa­li­fət nü­ma­yən­də­lə­ri­nə bir töv­si­yəm var. Yax­şı olar ki, öz söz­lə­ri­ni de­sin­lər, çı­xış­la­rın­da on­la­ra ve­ri­lən te­zis­lə­ri oxu­ma­sın­lar. Bir də de­mək is­tə­yi­rəm ki, bu yol­la pul qa­zan­ma­ğa meylli ol­ma­sın­lar. Keç­mi­şə bax­sın­lar, Qərb və baş­qa da­i­rə­lər Azər­bay­can­da nə­lər ha­zır­la­ma­dı… Hət­ta so­si­al şə­bə­kə­lər­də­ki fə­a­liy­yə­ti ar­tır­maq üçün ki­fa­yət qə­dər qrant da ayır­mış­dı­lar. Əmi­nəm ki, in­di­kin­dən qat-qat çox idi. Nə­ti­cə ol­du­mu? Çün­ki Azər­bay­can ha­ki­miy­yə­ti yük­sək özü­nü­qo­ru­ma instinkti­nə ma­lik­dir. Ha­ki­miy­yət öz gü­cü­nü xalqdan alır. La­zım olan an­da hə­min instink işə dü­şə­cək. Çox təh­lü­kə­li mə­qam­lar­dan bi­ri də bu­dur ki, özü­nü de­mok­ra­tik ad­lan­dı­ran mü­xa­li­fət in­di ra­di­kal din­dar­la­rın tə­si­ri al­tı­na dü­şüb. Mən hə­min mi­tinqdə baş­qa çöm­çə­lə­ri də gör­düm. Yə­ni ara­nı qa­rış­dır­maq is­tə­yən an­caq Qər­bin çöm­çə­si de­yil­di. Əmi­nəm ki, bü­tün pro­ses­lər nə­za­rət al­tın­da­dır. Yax­şı olar­dı ki, hə­min da­i­rə­lər öl­kə­nin mil­li ma­raq­la­rı­nı ki­mə­sə qur­ban ver­mə­sin. Ay­dın­dır ki, be­lə hə­rə­kət­lə­rə ve­ri­lən ic­ti­mai qı­naq və hü­qu­qi tən­beh çox ağır olur.
Yə­qin ki, öl­kə­də­ki sta­bil­li­yi poz­maq­da ma­raq­lı olan qüv­və­lər bun­dan son­ra pa­paq­la­rı­nı qar­şı­la­rı­na qo­yub yax­şı-yax­şı fi­kir­lə­şə­cək. Ra­di­kal din­dar, FE­TÖ, de­mok­rat, li­be­ral ey­ni əl­dən han­sı­sa pro­se­sə təh­rik edi­lir­sə, de­mə­li, məq­səd öl­kə­nin su­ve­ren­li­yi­nə, de­mok­ra­tik qu­ru­lu­şu­na xə­ləl gə­tir­mə­yə he­sab­la­nıb”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın