Ana səhifə / Aktual / Abid Şərifov 1-ci mikrorayonda evlərin sökülməsi haqda

Abid Şərifov 1-ci mikrorayonda evlərin sökülməsi haqda

“Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 santimetr su düşən kimi başlayırıq \”SOS\” qışqırmağa”.

APA bildirir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

\”Başa düşürük ki, bu, hal pisdir, yaxşı deyil. Ancaq su-kanalizasiya sistemini ilə bağlı işləri bir gündə həll etmək olmur\” deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.

Baş nazirin müavini Bakının 1-ci mikrorayonunun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparıldığını da bildirib. Xatırladıb ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.

A. Şərifovun sözlərinə görə, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq: “Bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır. Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə, məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”.

Baş nazirin müavini qeyd edib ki, işlər paralel şəkildə həyata keçirilməlidir: “Evləri sökməklə iş bitmir. Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın