Şənbə , Noyabr 27 2021
Ana səhifə / Aktual / Abid Şərifovun qardaşı oğlu yol qəzasında öldü

Abid Şərifovun qardaşı oğlu yol qəzasında öldü

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

Azinforum.az  BakuPost-a istinadən xəbər verir ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xarici ulduzlar “Sədərək” rəhbərinin oğlunun toyunda – Bu qədər ulduzu gətirmək əvəzinə…

usiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.Azinforum.az Olay.az-a istinadən xəbər verir ki, populyar estrada ulduzları …