Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Abid Şərifov: Nazirlər Kabineti qərarı ilə 25 nəfəri real ölümdən xilas etdi

Abid Şərifov: Nazirlər Kabineti qərarı ilə 25 nəfəri real ölümdən xilas etdi

“Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub”.

Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: “Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.

Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, A. Şərifov qeyd edib ki, hələlik layihə işləri gedir: “Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı…”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …