Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Abid Şərifov Artur Rasizadə ilə bağlı danışmaqdan imtina etdi

Abid Şərifov Artur Rasizadə ilə bağlı danışmaqdan imtina etdi

“79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyadayam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.
Azinforum.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.
Abid Şərifov əməkdaşımızın ona ünvanladığı “keçmiş Baş nazir Artur Rasizadə ilə əlaqələriniz varmı? Sonuncu dəfə onunla nə zaman danışmısınız və ya görüşmüsünüz?” sualına isə cavab vermək istəməyib.
Baş nazirin sabiq müavini bununla bağlı heç bir suala cavab vermək istəmədiyini deyərək telefonu qapadıb.

 

Həmçinin oxuyun

Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır – Video

Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bu gün Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan …