Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı – Hər gün işə çıxır…

Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı – Hər gün işə çıxır…

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Unikal.org–a Abel Məhərrəmovla bağlı maraqlı məlumat daxil olub. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini “Üzvi kimya” kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən “Üzvi kimya” kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova xəbəri təsdiqləyib. O bildirib ki, akademik Abel Məhərrəmov hazırda “Üzvi kimya” kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …