Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – XİN-dən AÇIQLAMA

Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – XİN-dən AÇIQLAMA

Xarici İşlər Nazirliyi BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Qafqazinfo”ya müsahibə verib.
Bildirib ki, hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır:

“Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib, geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə isə bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər. Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən qeyd etmək istərdim ki,  tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib”.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …