Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Abdulla Gülə vəzifə verildi

Abdulla Gülə vəzifə verildi

abdAktiv siyasətlə məşğul olmamağa qərar verən Türkiyənin 11-ci prezidenti Abdulla Gülə vəzifə verildi.

ANS PRESS-in məlumatına görə, Abdulla Gül “İslam Əməkdaşlıq Təşkilatı” tərəfindən yaradılan “İslam İnkişaf Bankı” İdarə Heyətinin Məsləhət Şurasında fəliyyət göstərəcək.

Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə olan İİB-nin Türkiyə də daxil olmaqla 56 üzvü var.

Bankın məqsədi üzv olan ölkələrin iqtisadi inkişafına və üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək verməkdir. Ciddədə keçirilən ilk iclasda çıxış edən bank sədri Əhməd Əli Məsləhət Şurasının öz öhdəliklərini yerinə yetirməkdə banka yardımçı olduğunu bildirib.

1974-cü ildə İstanbul universiteti iqtisadiyyat fakultəsindən məzun olan Abdulla Gül 8 il (1983-1991) İİB-də iqtisadiyyat mütəxəssisi kimi fəaliyyət göstərib.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın