“Azersun Holdinq”in rəhbəri, Türkiyənin Ağrı vilayətindən olan iş adamı Abdulbari Gözəl Türkiyənin Diyadin bölgəsində pomidor yetişdirməyə başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, iş adamı Diyadindəki geotermal mənbələrdən faydalanaraq 20 hektar sahədə pomidor əkini üçün istixana qurub. İş adamı bu ərazidə istixana qurmağa 3 milyon manatdan çox pul xərcləyib.
Havanın temperaturunun mənfi 35 dərəcəyə qədər düşdüyü bu bölgədə mart ayında yetişdirilən 5 ton pomidor artıq satışa çıxarılıb.
A.Gözəl Türkiyə mətbuatına açıqlamasında ilin 12 ayında müxtəlif növ məhsulların yetişdirilməsi ilə məşğul olacaqlarını deyib. O, yetişdirilən məhsulların Azərbaycan, Rusiya, Gürcüstan və İrana ixrac ediləcəyini bildirib.
İlkin
Virtualaz.org