Çərşənbə , May 22 2019
Ana səhifə / Aktual / Abbas Abbasovun oğlu bəyanat yaydı – REAKSİYA

Abbas Abbasovun oğlu bəyanat yaydı – REAKSİYA

Tanınmış politoloq Abbas Abbasovu siyasi tövbəyə çağırdı

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov başda Orduxan Teymurxan olmaqla, mühacir müxalifət fəallarının atası  tərəfindən maliyyələşdirilməsi haqda yayılan informasiyalara cavab olaraq xüsusi bəyanatla çıxış edib.

Virtualaz.org bildirir ki, Aydın Abbasov atasının barəsində yayılan xəbərlərin doğru olmadığını, Abbas Abbasovun dövlətçiliyə sadiq olduğunu bəyan edib: “Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim”.

Abbas Abbasovun oğlu ile ilgili görsel sonucu

Qeyd edək ki, son günlər mediada keçmiş deputat Hüseyn Abdullayevin istintaqa ifadəsində Abbasovla əlaqəsinin olduğunu, Avropada yaşayan söyüş söyən məlum şəxslərin maliyyələşməsini həm də baş nazirin keçmiş birinci müavininin olduğunu etiraf etdiyi haqda xəbərlər yayılıb. Xəbərlərdə bildirilir ki, Hüseyn Abdullayevin Türkiyədə həbs edilməsindən sonra Abbas Abbasov Türkiyədən Rusiyaya gedib. Abbas Abbasovun oğlu Aydın Abbasovun isə Türkiyədə olduğu deyilir.

Bəs Aydın Abbasovun bəyanatındakı fikirləri səmimi qəbul etmək olarmı?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Aydın Abbasovun fikirlərində səmimi olması arzuediləndir. Çox yaxşı olardı ki, o, Azərbaycan dövlətçiliyinə həm özünün, həm atasının sadiq olması ilə bağlı ortaya tutarlı faktlar qoya bilsin: “Bəli, Abbas Abbasov vaxtilə Azərbaycan hökumətində kifayət qədər yüksək vəzifədə çalışıb. Mərhum Heydər Əliyevin dövründə baş nazirin birinci müavini, bir müddət isə İlham Əliyev iqtidarında baş nazirin birinci müavini vəzifəsində işləyib. Həmin dövrlərdə Abbas Abbasov başını aşağı salıb öz işi ilə məşğul idi, Rusiya ilə əlaqələrin qurulmasında müəyyən rol oynayıb. Çünki o, Rusiya ilə əlaqələri sıx olan məmurlar kateqoriyasına daxil idi. O dövrlərdə onun dövlətçiliyə xeyir verdiyi qənaətində idim. Amma Abbas Abbasov vəzifədən çıxarıldıqdan və Moskvaya getdikdən sonra onun fəaliyyəti ilə bağlı o qədər də xoş olmayan söhbətlər gəzməyə başladı. Əsas da Azərbaycanın Rusiyadakı diaspora təşkilatını parçalamaq, onu özünün şəxsi məqsədlərinə tabe etdirmək istiqamətində fəaliyyət göstərməsi barədə məlumatlar alınmağa başladı. Mənim zənnimcə, əgər xidmətdən söhbət gedirsə, Abbas Abbasov kimi təcrübəli bir adam öz diqqətini  Azərbaycan diasporasının Rusiyada daha da güclənməsinə, monolitləşməsinə, Azərbaycanın üzləşdiyi problemlərlə bağlı məsələlərin Rusiya siyasi hakimiyyət orqanları qarşısında qaldırılmasına yönəltməliydi. İndi deyə bilərlər ki, o, bu istiqamətdə hansısa işləri görüb. Amma əslində alınan xəbərlər göstərirdi ki, o, ”AzərRos”da Söyün Sadıqovla əvvəl bir yerdə oldu, sonra ayrıldılar və nəticə etibarilə bu təşkilat parçalandı və dağıldı. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də müdaxilə etməyə başladı. Halbuki həmin təşkilatı qurmaq üçün mərhum prezident Heydər Əliyev çox böyük əmək sərf eləmişdi. Hətta Heydər Əliyev Moskvadakı MDB sammitlərinin birində iştirak edərkən ÜAK-ın təsis qurultayını da həmin vaxta saldırmışdı və Vladimir Putini dəvət edib təsis qurultayına apara bilmişdi. Lakin sonradan bu təşkilata rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların olduğunu və onların Abbas Abbasov tərəfindən yönləndirilməsi haqqında məlumatlar alınmağa başlandı. Sonda da Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın bağlanması haqqında qərar verdi”.

Politoloq hesab edir ki, əgər Abbas Abbasov doğrudan da xalqına, dövlətinə xidmət etmək istəyirdisə, Rusiyada olan əlaqələrindən istifadə edib həmin təşkilatın qapadılmasının qarşısını almaq üçün səylər göstərə bilərdi: “Çox təəssüflər olsun ki, bu olmadı. İndi Aydın Abbasov atasının adından gileylənir, bildirir ki, onlar dövlətçiliyə sadiqdirlər və İlham Əliyevin kursunu müdafiə edirlər. Mən bu bəyanatın səmimi olmasını çox ürəkdən istərdim. Hətta Abbasovların Azərbaycana gəlib burada fəaliyyət göstərməsini istərdim ki, gözdən-könüldən iraqda olmasınlar. Abbas Abbasov ixtiyar yaşda olan adamdır. Belə yaşda adam istirahət etməlidir, daha çox öz şəxsi həyatı ilə məşğul olmalıdır. Amma o, Türkiyə-Rusiya arasında tez-tez gedib gəlməklə, zənnimcə, müəyyən təəssüratlar yaradıb. Hüseyn Abdullayev Türkiyədə tutulduqdan az sonra Türkiyəni tələsik tərk etməsi də Hüseyn Abdullayevin istintaqa onun haqqında dediklərini təsdiq edir. Bizim bir vətənimiz var, o da Azərbaycandır. Abbas Abbasovun özünə də, oğluna da, ətraflarındakı şəxslərə də müraciət edirəm ki, gəlin bu vətənimizi qoruyaq, bu vətənin ətrafında doğrudan da səmimi birləşək. Hər şeyi siyasi ambisiyalara qurban vermək lazım deyil. Abbas Abbasovun siyasi ambisiyaları haqqında məlumatlar alarkən mən də təəssüf etdim ki, o, hələ də köhnə ambisiyalardan əl çəkməyib. Mən Abbas Abbasovu bir siyasi tövbəyə çağırıram”.

Həmçinin oxuyun

Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ (FOTO)

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Unikal.org-un əldə etdiyi məlumata görə, fəlsəfə elmləri doktoru, …