Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “AAAF Park”ın rəhbəri Azərbaycana qayıtdı və DANIŞDI

“AAAF Park”ın rəhbəri Azərbaycana qayıtdı və DANIŞDI

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov Azərbaycana qayıdıb. O, prezident İlham Əliyevə təşəkkürünü bildirərək bütün problemlərin həll olunduğunu bildirib: “Bu gün artıq işdəyəm. Bütün problemlər demək olar ki, həll olundu. Cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm, biz idmançıların hər bir problemini həll edir. Tezliklə satışlarımıza mane olan çıxarış məsələləri və digər məsələlər həll olunacaq. Allahın köməkliyi ilə bizə qarşı bundan sonra kiçik bir haqsızlıq belə olmayacaq. Şirkətlərimizin əməkdaşlarınada bundan sonrakı fəaliyyətində qanunlar çərçivəsində işləməyi və dövlətimizin inkişaf etdirilməsində nümunəvi bir şirkətlərə çevrilməyini arzulayıram”. Onun həbs edilməsi və şirkətdə yoxlamaların başladılması xəbəri mətbuat katibi tərəfindən təkzib edilmişdi.
PrimeTime.az

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …