Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / AAAF-dan sakinlərə unikal güzəşt – “Bütün kommunal borcu və istiliyə görə olan bocları ləğv edilsin”

AAAF-dan sakinlərə unikal güzəşt – “Bütün kommunal borcu və istiliyə görə olan bocları ləğv edilsin”

21 yanvar 2018-ci il tarixdə bir neçə sakinimiz ışıqların Xırdalan şəhərində sönməsi ilə əlaqədar olaraq parkın giriş hissəsi tərəfdə Heydər Əliyev prospektində yolu kəsərək hərəkətin gedişinə mane olaraq, Respublikamızda sabitliyi pozmağa cəhd etmişdilər. Bunun nəticəsində mətbuatda yenidən şirkətlərimizə qarşı mənfi rəy yaratmaqla maddi ziyanlar vurulmuşdur. Bu hadisə haqqında səhifəmdə həmən gün hamıya məlumat vermişdim. Hadisədən sonra bu işlərlə əlaqəli İH və bir sıra qurumlarda görüşlərdə oldum və mövcud vəziyyətlə əlaqəli bir sıra müzakirələr apardıq. Artıq şirkətimiz tərəfindən yolu kəsən adamlar haqqında bütün hüquq mühafizə orqanlarına müraciət edilib. Təsisçisi olduğum şirkətdən bu insanlar haqqında və ödənişləri barədə məlumat istədim. Bir də mənə yolu kəsdikləri barədə yazan jurnalist sakinimizi kabinetimə çağıraraq bu hadisənin səbəbləri barədə məlumat əldə etməyə çalışdım. Hər hadisəyə görə mənə yazdıqlarını və həll etdikdən sonra da təşəkkür etmələrini yazdıqları halda bu hadisəyə görə niyə mənə bildirməməkləri mənim üçün bir az qaranlıq qaldı.

Yolun kəsilməsinin əsas səbəbi kimi ışıq sönəndən sonra generatorların çalışmaması, nəticədə istilik və suyun verilməsində qısa vaxt ərzində dayanmaların olması bildirildi. Açığı belə bir xırda məsələyə görə yolun kəsiməsi kimi sabitliyi pozan addımın atılması məndə narahatlıqlar yaratmağa başladı. Ümumi müştərilərimiz və yolu kəsən sakinlərimizin borclarına baxanda çox şey mənə aydın olmağa başladı. Mənə verilən siyahıda olan yolu kəsən sakinlərimizin demək olar ki hamısının komunala ,istilik və sayğaclara görə borclarının olması və bəzilərinin yaşadığı mənzildən olan kredit borcuna görə müqaviləsi ləğv olunanlarınında olması diqqətimi cəlb etdi. Əvvəllər də evimə, ofisə dəfələrlə belə hücumlar olmuş və mətbuatda ışıqlandırılmışdır. Amma bu dəfə ki, yolun kəsilməsinə heç cürə haqq qazandıra bilmədiyimdən atmalı olduğum addımları etməkdə çox çətinlik çəkirdim. Bir neçə gün öncə mətbuatda işıq pulu ödəyə bilməyən anamızın intihar etməsi isə məndə qeyri bir hal yaratmasına səbəb oldu. Əgər hansısa bir kənddə və şəhərdə bir adam acından və ya fərqi yoxdu ışıq pulunu verə bilmədiyinə görə dünyasını dəyişirsə bu hadisədə qonşuları və şəhər sakinlərinin hamısı qatil sayılmalıdır.

Dünyada və respublikamızda yaranan müvəqqəti çətinlikləri nəzərə alaraq şirkətimiz hər il bu məsələrlə əlaqəli olaraq milyonlarla vəsaitlər ayıraraq sakinlərimizin şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Çünkü sakinlərimizin çoxu kredit borcu ödəməklə yanaşı kommunal borcları ödəməyə həqiqi mənada çətinlik çəkirlər. Əslində yanvar ayından yeni bir qurum təsis edilməklə parkda bütün olan bütün idarəçilik sakinlərimizə və “Zirvə ” idman klubuna veriləcəkdi. Mənzil və obyektlərin çıxarışlarının azca yubanması buna hüquqi cəhətdən mane oldu. Amma yenə də sakinlərimiz arasında axtarışdayam və buradan sakinlərimizə müraciət edirəm ki, hansı sahədə və işlərdə bizlərə köməklik göstərə bilərlərsə mənə ərizə şəklində müraciət etsinlər ( messenger vasitəsi ilə göndərədə bilərlər).  Bütün bu olan hadisələri nəzərə alaraq bu il sakinlərimizə ediləcək köməkliyi vətəndaşlıq borcu bilərək sizlərin nəzərinə çatdırıram. Hər bir sahibkara çətin vəziyyətdə olan müştərilərimizə və ya vətəndaşlarımıza köməklik etmələrini xahiş edirəm. Belə addımlar onların şirkətlərinin və Respublikamızın inkişafına böyük təkan verə bilir.

AAAF park yaşayış kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılmasını nəzərə alaraq qərara alıram:

1. 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün kommunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.
2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri komunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.
3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.
4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.
5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.
6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
ödəmələrdə əlavə olaraq endirimlər edilsin.
7. Işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.
8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkərlərimizə işə götürülməsinə şərait yaradılsın.
9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.

“AAAF park ” -ın təsisçisi,

Tofiq Mirhəsən oğlu Heydərov

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …