Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / “90 manat davası”nda şahid qadın: – “Ərim məni borc qarşılığında təklif etməyib”

“90 manat davası”nda şahid qadın: – “Ərim məni borc qarşılığında təklif etməyib”

Məhkəmədə məlum olub ki, Seymur Abıyev mərhumun təklifindən sonra onun arvadına zəng vurub. Lakin təqsirləndirilən məhkəmədə bunu inkar edib.

S.Abıyev A.Bayramovun həyat yoldaşına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını bildirib.

Daha sonra mərhumun xanımı şahid qismində dindirilib. O, ifadəsində hadisədən 2 ay öncə Seymur Abıyevin ona zəng vurduğunu deyib. Sualları cavablandıran şahid Seymur Abıyevin onunla qohum kimi zəng vurub danışdığını, yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Lakin istintaqa verdiyi ifadəsində bunub əksini söyləyib. O, S.Abıyevin zəng edərək onunla görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib.

Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb.

Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib. O bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib.

Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib.

Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub.

Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib.

***12:02

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını qətlə yetirməkdə ittiham olunan Seymur Abıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edib. S.Abıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində təqsirləndirilən şəxsin ona borcu olduğunu deyib: “Adama bir pivə alıb içdik. İçəndən sonra mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

Ötən il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini bildirib. Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib. A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.

Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış S.Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib. Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib, bununla da A.Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğunu üzə çıxarıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab edilən A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. S.Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …