Ana səhifə / Aktual / 90-cı il­lər­də Hey­dər Əli­ye­vin iran­lı hərbi mü­şa­vi­ri olub?

90-cı il­lər­də Hey­dər Əli­ye­vin iran­lı hərbi mü­şa­vi­ri olub?

“Hə­min vaxt öl­kə baş­çı­sı­nın hər­bi mü­şa­vi­ri ge­ne­ral-ma­yor Nu­rəd­din Sa­dı­xov olub”
Qa­bil Hü­seyn­li: “Hey­dər Əli­yev İra­na sə­fə­rə ge­dən­də hə­min mər­mi­ni sü­but üçün Rəf­san­ca­ni­yə gös­tər­di”

Er­mə­nis­tan KİV-in­də İran mət­bua­tı­na is­ti­na­dən növ­bə­ti if­ti­ra do­lu bir mə­lu­mat ya­yı­lıb. Dü­zü, bu mə­lu­ma­tın hə­qi­qə­tən İran mət­bua­tın­da ya­yıl­dı­ğı və ya Er­mə­nis­ta­nın növ­bə­ti uy­dur­ma­sı ol­ma­sı ilə bağ­lı mə­sə­lə gə­lə­cək araş­dır­ma­nın möv­zu­su­dur.
An­caq id­dia olu­nur ki, bə­zi tə­zad­lı fi­kir­lər İra­nın Ər­də­bil vi­la­yə­ti­nin sa­biq qu­ber­na­to­ru və hə­min öl­kə­nin par­la­men­tin­də önəm­li bir ko­mis­si­ya­ya rəh­bər­lik et­miş Man­sur Hə­qi­qət­pu­run di­lin­dən səs­lə­nib. Er­mə­ni KİV-inin id­dia­sı­na gö­rə, Hə­qi­qət­pur açıq­la­ma­sın­da de­yib ki, İran ol­ma­say­dı, er­mə­ni­lər Ba­kı­ya qə­dər irə­li­lə­yə­cək­di. Həm­çi­nin qeyd edi­lir ki, gu­ya İran 90-cı il­lər­də Azər­bay­ca­na ver­di­yi 30 mil­yon­luq si­la­hın pu­lu­nu hə­lə də al­ma­yıb. Hə­qi­qət­pur bu si­lah alış-ve­ri­şi­ni “OMON”un sa­biq ko­man­di­ri Röv­şən Ca­va­dov­la et­di­yi­ni de­yir. Ən ma­raq­lı­sı isə, mə­qa­lə­də id­dia olu­nur ki, gu­ya Hə­qi­qət­pur mər­hum Hey­dər Əli­ye­vin pre­zi­dent­li­yi dö­nə­min­də onun hər­bi mü­şa­vi­ri olub. Bu id­dia­la­rı nə də­rə­cə­də əsas­lı say­maq olar?
Hey­dər Əli­ye­vin pre­zi­dent­li­yi dö­nə­min­də çox yük­sək döv­lət və­zi­fə­si tu­tan sa­biq döv­lət mü­şa­vi­ri Qa­bil Hü­seyn­li  “Bakı-Xəbər”ə  açıq­la­ma­sın­da bil­dir­di ki, bu fi­kir baş­dan aya­ğa cə­fən­giy­yat­dır:

“Ola bi­lər ki, Er­mə­nis­tan han­sı­sa fik­ri kon­teks­tdən çı­xa­rır. An­caq mən hə­min ya­zı ilə ta­nış ol­dum. Or­ta­da bir çox id­dia­lar, hə­qi­qə­tə uy­ğun ol­ma­yan fi­kir­lər var. De­yi­lən za­man­lar­da döv­lət ka­tib­li­yi ins­ti­tu­tu fəa­liy­yət gös­tə­rir­di. Ey­ni za­man­da, Pre­zi­den­tin müx­tə­lif sa­hə­lə­ri ku­ra­si­ya edən mü­şa­vir­lə­ri var­dı. Hə­min vaxt öl­kə baş­çı­sı­nın hər­bi mü­şa­vi­ri ge­ne­ral-ma­yor Nu­rəd­din Sa­dı­xov olub. Çox pe­şə­kar hərb­çi idi. Hey­dər Əli­yev ki­mi pe­şə­kar si­ya­sət­çi heç vaxt be­lə ad­dım at­maz­dı ki, gə­ti­rib xa­ri­ci öl­kə və­tən­da­şı­nı özü­nə hər­bi mü­şa­vir et­sin. İra­nın bi­zə hər­bi yar­dım gös­tər­mə­si­nə gəl­dik­də isə, be­lə hal­lar az olub. Mü­qa­yi­sə apar­saq gö­rə­rik ki, İran da­ha çox Er­mə­nis­ta­na be­lə yar­dım­la­rı edib, bu gün də et­mək­də da­vam edir. Bir də­fə biz Hey­dər Əli­yev­lə cəb­hə xət­ti­nə ge­dən­də biz­dən bir qə­dər ara­lı­ya mər­mi düş­dü, am­ma part­la­ma­dı. Mər­mi zə­rər­siz­ləş­di­ri­lən­dən son­ra mə­lum ol­du ki, İran is­teh­sa­lı­dır. Hey­dər Əli­yev İra­na sə­fə­rə ge­dən­də hə­min mər­mi­ni sü­but üçün o za­man­kı pre­zi­dent Rəf­san­ca­ni­yə gös­tər­di. Döv­lət­lər ara­sın­da si­lah al­ve­ri də­qiq olur. Hət­ta pul bə­ri baş­dan kö­çü­rü­lür. Mən be­lə ba­şa dü­şü­rəm ki, bu Hə­qi­qət­pur o vaxt Röv­şən Ca­va­do­va si­lah sa­tıb pu­lu­nu ala bil­mə­yib. İn­di də onun da­va­sı­nı edir. Yə­qin ki, si­lah al­ver­çi­si olub”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın