Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / 9 saylı dairənin sürpriz namizədi kimi adı hallanan gənc alim kimdir?

9 saylı dairənin sürpriz namizədi kimi adı hallanan gənc alim kimdir?

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam Vəliyevin Azinforum.az İnformasiya Portalına verdiyi müsahibəni təqdim ediririk:

Özünüz haqda məlumat verin

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev. AMEA-da aparıcı elmi işçi vəzifəsində çalışıram.

Sosial şəbəkələrdən görürük ki, seçicilərlə görüşlərə çox zaman tək gedirsiniz. İmza toplama zamanı da tək idiniz. Komandanız yoxmu?

İmza toplama zamanı da, indi də yaxın dostlarımdan ibarət böyük bir komandam var. Amma mən seçicilərimlə birbaşa ünsiyyəti sevirəm. Seçicilərimin problemləri, çətinlikləri ilə şəxsən özüm maraqlanıram. Aidiyyatı qurumlara sadalanan problemlərin həlli üçün həm indi müraciət edirəm, həm də seçkilərdən sonra müraciətlərim olacaq. Məncə bütün namizədlər seçicilərlə şəxsən özü görüşməlidir, onların sevgisini, rəğbətini qazanmalıdır. Çünki, bu dəfəki seçkidə qərarı seçici verəcək.

Rəqiblərinizlə rəqabət necə gedir?

Rəqiblərimin bir çoxu şəffaf rəqabət apar bilmirlər. Tez-tez qanun pozuntusu edirlər. Öyrədilmiş şəxslərlə əvvəlcədən danışılmış görüşlər keçirilir, görüşlərə yalnız öz-dost tanışları gətirilir, şəkillərini hara gəldi yapışdırırlar, bir lövhəyə iki şəkil vururlar və s. Üstəlik də onların bəzisinin cangüdənlərlə görüşlərə getməsi geniş ictimai narazılıq yaradır, seçicilərdə onlara qarşı nifrət oyadır. Bugün seçiciylə görüşə cangüdənlə gedən sabah seçicinin problemini dinləməz, onun çətinlikləri ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaz.

Seçicilər görüşlərdə nə deyir? Deputatlardan nə istəyir?

Ölkə başçısı da Parlament buraxılandan sonra çıxışlarında dəfələrlə vurğulayıb ki, parlamentə gənc, fəal, xalqın qayğısına qalacaq deputatlar seçilməlidir. Xalq, seçici də bunu istəyir. Demək olar ki, bütün seçicilər keçmiş deputatların biganəliyindən, laqeydliyindən çox narazıdır. Hər bir görüşdə seçicilərim keçmiş deputatın adını bilmədiklərini, üzünü görmədiklərini deyirlər. Cənab prezident bütün çıxışlarında qeyd edir ki, o , xalqının xidmətçisidir. Yeni seçiləcək hər bir deputat da bu kəlamı dərk etməli, vətəndaş üçün çalışmalıdır. Seçicilərim ölkə başçısının apardığı islahatları dəstəkləyir, bacarıqlı, gənc, enerjili, seçicinin Milli Məclisdə səsi olacaq deputat istəyirlər. Seçicilərimi əmin edirəm ki, mən onların etimadını qazanaraq deputat seçilsəm, hər zaman onların yanında olacam.

Uğurlar!

Təşəkkürlər

Azinforum.az

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …