Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / 8 yaşlı Əminə Maksim Qalkini heyran qoydu – Video + Fotolar

8 yaşlı Əminə Maksim Qalkini heyran qoydu – Video + Fotolar

Rusiyanın Troitsk şəhərində yaşayan 8 yaşlı azərbaycanlı qız – Əminə Qasımova “Birinci kanal”da Maksim Qalkinin təqdimatında yayımlanan “Luçşe vsex!” proqramının qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, o, Maksim Qalkini təkcə öz mahnısında gözlənilmədən caz improvizəsi etməsi ilə yox, həm də aparıcının həyat yoldaşı, Rusiya estradasının primadonnası Alla Puqaçovanın “Zvyozdnoye leto” meqahitini oxumağı ilə təəccübləndirib. Sonuncunu o, Azərbaycan musiqi alətlərinin yer aldığı “Abşeron” ansamblının müşayiəti ilə ifa edib.  

“Alla heyran qalacaq!”, – Əminə Qasımovanın ifasından sonra Maksim Qalkin “Birinci kanal”ın efirində deyib. Bundan sonra qıza “Luçşe vsex!” şousunun medalı təqdim edilib.  

4 yaşından vokalla məşğul olan Əminə müxtəlif müsabiqələrdə çıxış edir, eləcə də müəllif mahnıları yazır. Əminənin sözlərinə görə, oxumaq həmişə onun arzusu olub, hansını ki, o, həyata keçirib.

Həmçinin oxuyun

Hikmət Hacıyev Qəbələ, Kürdəmir və Siyəzənin atəşə tutulmasından yazdı

“Ermənistan ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ- taktiki raketlər atılıb”.Bu barədə Prezidentin köməkçisi …