Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / 8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır – Nazirdən xəbərdarlıq

8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır – Nazirdən xəbərdarlıq

8 saatlıq iş rejimi ilə əlaqədar iş yerlərində səyyar yoxlamalar aparılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə gündəlik iş norması 8 saatdır və bu iş rejiminə əməl edilmədiyi təqdirdə əlavə müavinət ödənilməlidir: “İşəgötürənlərə xəbərdarlıqlar ediləcək, işə qəbul olan şəxslər hüquqları ilə bağlı məlumatlandırılacaq. İş yerlərində səyyar yoxlamalar olacaq. Hazırda təkliflər paketi hazırlanır. İlk mərhələdə xəbərdarlıq olunacaq, daha sonra isə müvafiq cərimə metodları tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq müəssisələrə baxılacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …