Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / 75 yaşlı deputat özünü 15 yaşındakı oğlan kimi hiss edir: “Arzuları gözlərində qalacaq…”

75 yaşlı deputat özünü 15 yaşındakı oğlan kimi hiss edir: “Arzuları gözlərində qalacaq…”

Koronavirusa yoluxmağım barədə deyilənlər şər-böhtandan savayı bir şey deyil. Bilmirlər ki, nə desinlər, nə uydursunlar…Bunu arzulayanların arzuları gözlərində qalacaq.
Bunu Milli Məclisin (MM) Arqar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov onun və başqa bir neçə millət vəkilinin koronavirusa yoluxması barədə deyilənlərə münasibətini bildirərkən deyib.
“Bunlar hamısı boş-boş dedi-qodulardır. Heç bir xəstəliyim-filan yoxdur. Bütün orqanlarım da saz vəziyyətdədir (gülür). Maşallah, 15 yaşındakı oğlan kimiyəm!” – deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Etikxeber.az

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …