Çərşənbə , Aprel 24 2024
Ana səhifə / 73 yaşlı Rəmiş: Feysbukda qızlarla tanış olub…

73 yaşlı Rəmiş: Feysbukda qızlarla tanış olub…

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sosial şəbəkədə özünə profillər açıb.

Azinforum.az  xəbər verir ki, gitara ifaçısı bu haqda “ATV maqazin onlarla” verilişində deyib.

Rəmiş bildirib ki, Feysbuk və İnstaqramda yeni dostlar tapıb: “O qıza yığıram, bu qızla danışıram. Dostluq edirəm, tanış oluram. Biri ilə dost olmuşam, adı Arzudur. Hətta onunla görüşmüşəm də”.

İfaçı “Gitaranızı kimə vəsiyyət edəcəksiniz” sualına belə cavab verib: “Gitaramı kiməsə vəsiyyət etməyəcəm. Özümlə aparıb basdıracam. Məndən yüksəkdə olan yoxdur. Ona görə də gitaramı heç kimə rəva bilmirəm”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın