Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / 700 bal toplamaq üçün universitetdən imtina edən azərbaycanlı qız – FOTO

700 bal toplamaq üçün universitetdən imtina edən azərbaycanlı qız – FOTO

Hər il qəbul imtahanları öncəsi ən çox danışılan mövzulardan biri də imtahanla bağlı olur.

İmtahan ərəfəsində də mediada bununla bağlı tez-tez mövzular yer alır. Mediada yer alan xəbərlər sayəsində hər il yüksək nəticəsi və ya maraqlı addımları ilə fərqlənən abituriyentlərlə tanış oluruq.

Minval.info xəbər verir ki, belə maraqlı abituriyentlərdən biri də Zöhrə İsmayılovadır.

Belə ki, Zöhrə xanım ilk dəfə BDU-ya qəbul olub, bir neçə il oxuduqdan sonra buradakı təhsilini yarımçıq qoyub, yenidən qəbul imtahanlarına hazırlaşır. Xanım bir neçə ildir ki, qəbul imtahanlarına iştirak edir, lakin arzusundakı nəticəni göstərə bilmədiyi üçün bu il yenidən hazırlaşıb.

Əvvəlki qəbul imtahanlarında 526 bal, sonra isə 626 bal toplayan Zöhrə, istədiyi ixtisası düşmədiyi üçün nəticəsindən imtina dib. O, ötən ilki qəbul imtahanında 686 bal toplayaraq UFAZ-a qəbul qəbul olub. Bir neçə ay da burada təhsil alsa da, bu universitetdən də imtina edib.

Bu ilki qəbul imtahanında hansı nəticəni göstərdiyi məlum olmasa da, 700 bal toplayan abituriyentlərin siyahısında adı yoxdur.

Məqsədi 700 bal toplayıb, Bakı Ali neft məktəbinə qəbul olmaq olan Zöhrə xanıma gələcək həyatında uğurlar arzu edirik.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …