Çərşənbə , May 22 2019
Ana səhifə / Aktual / 686 bal toplayan qız universitetdən imtina etdi: Hər kəs ondan danışır – FOTO

686 bal toplayan qız universitetdən imtina etdi: Hər kəs ondan danışır – FOTO

Zöhrə İsmayılova adlı xanım sosial şəbəkələrdə diqqəti öz üzərinə cəlb edə bilib.

Azinforum.az azxeber.com-a istinadən xəbər verir ki, Zöhrə İsmayılova bir neçə il öncə Bakı Dövlət Universitetinə qəbul olub. Burada bir neçə il oxuyan Zöhrə daha sonra təhsilini yarımçıq qoyub və yenidən ali məktəbə imtahan vermək qərarına gəlib.

Növbəti qəbul imtahanında o 616 bal toplayıb. Ancaq bu dəfə də istədiyi ixtisasa qəbul olmadığı üçün universitetdə oxumaqdan imtina edib.

Zöhrə ötən ilki qəbul imtahanında 686 bal toplayaraq UFAZ-a (Azərbaycan – Fransa universiteti) qəbul olub. Burada bir neçə ay təhsil alan Zöhrə yenə də ənənəsinə sadiq qalaraq, universiteti yarımçıq tərk edib.

Bu il yenidən imtahan qatılan İsmayılova ilk imtahandan 650. ikincidən isə 675 bal toplayıb.
Yaxınların dediyinə görə, Zöhrənin ən böyük məqsədi 700 bal toplamaq olub.  Onun bu dəfə hansı addım atacağı və hara qəbul olunacağı məlum deyil.

Həmçinin oxuyun

AZƏRBAYCANIN SABİQ NAZİRLƏRİ BİR ARADA – “Range Rover”də 4 nəfər… – FOTOLAR

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər. Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər …