Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / 63 kitabın ölkəyə gətirilməsinə, 4 kitabın dərcinə qadağa…

63 kitabın ölkəyə gətirilməsinə, 4 kitabın dərcinə qadağa…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” adlı tədbir keçirib.

Axar.az xəbər ki, tədbirdə çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov əvvəlki illərlə müqayisədə ölkədə zərərli dini ədəbiyyatların sayının kifayət qədər azaldığını bildirib:

“Keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 %-i yerli müəlliflər idisə, bu il həmin rəqəm 23% olub. Bu göstərici bizi yenə də qane etmir. Ölkədə çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır. Əsas məqsədimiz xaricdən ölkəyə idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır. Çünki xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini ehtiva edir. Bu nöqteyi-nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Bu istiqamətdə xeyli işlər görülüb”.

Sədr müavini rəsmi dini mağazaların sayından da danışıb:

“Dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir və bu nəzarət bundan sonra da davam etdiriləcək. Hazırda ölkə ərazisində 100-ə yaxın dini mağaza olsa da, onlardan cəmi 42 %-i rəsmi dini mağaza kimi fəaliyyət göstərir”.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov ölkədə qadağan edilən və çap olunan dini ədəbiyyatlar barədə danışıb:

“Bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyat abaxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. 2017-ci ildə ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədi ilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapına razılıq verilməyib”.

Qurum rəsmisi bir-birini təkrarlayan dini ədəbiyyatların çox olduğunu bildirib:

“Elə dini ədəbiyyatlar var ki, mövzular eyni, müəlliflər fərqlidir. Bu da dini ədəbiyyatın keyfiyyətini aşağı salır. Biz artıq ölkəmizdə dini inanclı şəxslərin maarifləndirilməsində rol oynayan ədəbiyyatlara icazə vermişik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …