Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / 6 yaşlı Zəhranın gözlərinin biri göy, digəri qaradır – Dünyada nadir hadisə+ Video

6 yaşlı Zəhranın gözlərinin biri göy, digəri qaradır – Dünyada nadir hadisə+ Video

Tovuzda yaşayan 6 yaşlı qız gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur.

Azinforum.az  Xezerxeber.az-a istinadən xəbər verir ki, onun gözlərinin biri göy, digəri isə qara rəngdədir.

Zəhra Əliyeva doğularkən gözləri fərqli rəngdə olub.

Gözlərinin rəngləri fərqli olsa da, uşağın görməsində indiyə qədər heç bir problem olmayıb. Buna baxmayaraq, uşağın 13 yaşından sonra təkrar müayinə olunması məsləhət görülüb.

Zəhranın valideynləri deyirlər ki, indiyə qədər nəsillərində belə hala rast gəlinməyib. İlk dəfə Zəhranın göz rəngində müşahidə etdikləri fərq dünyada da nadir hadisə sayılır.

Onun şəxsiyyət vəsiqəsində də gözlərinin rəngi göy və qara yazılıb.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …