Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / 500 MƏHBUS ƏFV EDİLƏCƏK – Onların arasında “ömürlüklər” də var

500 MƏHBUS ƏFV EDİLƏCƏK – Onların arasında “ömürlüklər” də var

Gələn həftə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Gununsesi.info-nun xəbərinə görə, artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb.
Komissiyadan əldə etdiyimiz məlumata görə, bir neçə aydır davam edən iclaslarda 1500-dən artıq müraciətə baxılıb. Həmin müraciətlərin böyük əksəriyyəti barədə müsbət qərar qəbul olunsa da bu sərəncamın 500-dək məhkuma şamil olunacağı bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, əfv sərəncamında bir neçə siyasi məhbusun da azadlığa çıxacağı gözlənilir.
Həmçinin, bu dəfəki əfvi digərlərindən fərqləndirən daha bir yenilik isə sərəncamın bəzi ömürlük məhkumlara da şamil ediləcəyi barədədir. Bilgilərə görə, cəzasının 16 ilindən çox çəkən “ömürlüklər”in cəzası endiriəcək.

Həmçinin oxuyun

Nazir Müşfiq Hətəmova yeni vəzifə verdi – FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Müşfiq Hətəmova yeni vəzifə verib. Unikal.org-un əldə etdiyi məlumata görə, M.Hətəmov …