Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “5-ci kolon”un biri “5-ci kolon”..!

“5-ci kolon”un biri “5-ci kolon”..!

Yay fəsli, isti yay günləri daha çox istirahət, rahatlıq, nə bilim, dəniz qıyısında isti qum, dağ döşündə sərin gün kimi assosiasiya olunub zaman-zaman. Və bu, siyasi partiyaların, ümumən siyasilərin “menyü”sündə də özünü göstərsə də, bir para nəfərlər var, zorən gündəm yaratmağa, hansısa “təlaş”lıq “olay”ı tirajlamağa çalışır, çalışır.

İstər daxildə radikal yarlığı ilə tanınan müxaliflərin, istərsə xaricdə məskunlaşıb öz dövlətini, daha konkret şəkli ilə Azərbaycan hakimiyyətini hədəf götürən “mühacir”lərin fəaliyyəti, onların şəxsi mənafe və daha çox maddiyyat uğrunda çarpışdığını göstərir də, göstərir.

Belə qruplar “Feysbuk”da çabaladığına, “yutub”da girələndiyinə görə, “sosial şəbəkə müxalifəti”dir, “sosial şəbəkə müxalifəti”.

Bunlar ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağladığına, şübhəli qaynaqlardan qidalandığına və bu vəsaitləri almaq üçün necə hoqqadan çıxdığına görə “qrant müxalifəti”, “qrant müxalifəti”dir.

Bu qruplar milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atmağa, siyasi mübarizə adı ilə mənəviyyatsızlığı təbliğ etdiyinə görə “söyüş müxalifəti”, bir başqa deyilişlə, “iaşə müxalifəti”dir.

Ümumən öz ölkəni ağına-bozuna baxmadan yamanlayırsansa, sən, ideoloji-siyasi olaraq, nəinki radikal, heç bəlkə, “…adikal”, “…dikal”, “…ikal” da yox… eləcə, kal müxalifətsən, kal müxalifət…

Əfəndim, bəs mövzu ( -yunanlar demiş, “t(h)ema”) nədir? – “Əsasında olan” deməkdir, eləmi? – Bir azca da, irəliləsək, “hansısa mətnin, söylənən fikrin əsas anlamı, məzmun(lu) hissəsi”dir – elə deyilmi?

Əgər mövzunu musiqi üzərindən yorumlasaq, “musiqi əsərinin yadda qalan əsas bölümü” deyilmi mövzu?

Yaxşı, yuxarıda “bəzəyib-düzədiyimiz”, “süslədiyimiz” kateqoriyadan olanların hansı mövzusu əsasdır, anlamlıdır, məzmunludur? Bəlkə, duyğu alqoritmi, düşüncə simmetriyası, fikir ritmi, nitq ahəngi, faydalılıq əmsalı, zövq aşılaması əlçəkilməz, geridurulmazdır? Be­lələrinin nəyinə, bax, nəyinə vaxt itirməli, diqqət etməlidir bir mürşid? – Mürşid yox, e, lap mürid olan, hə?

Açıq-açığına görünmürmü, çalınana oynayır zalım uşağı? Evitikilmişlər hər gün bir az daha qaramata sürükləndiklərini fərq etmir ya başqa bir “hikmət” var bu qafil gedişatda?

Nə agent fəaliyyəti ilə məşğul ola biləcək, nə də təxribatlar yarada biləcəklər. Bəlkə də, olacaqlar, e, amma olanlar özlərinə qarşı çevriləcək, özləri bir-birini didəcək, didişdirəcək… Necə ki didir və didişdirir…

“5-ci kolon”un biri “5-ci kolon”..!

Əkbər Qoşalı

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …