Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / 400 minlik toyu olan məmur qızından atasının işdən çıxarılmasına maraqlı REAKSİYA

400 minlik toyu olan məmur qızından atasının işdən çıxarılmasına maraqlı REAKSİYA

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova atasının vəzifəsindən kənarlaşdırılmasından sonra paylaşdığı video ilə diqqət çəkib.
Kult.az xəbər verir ki, A.Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb.
“Qula qul olmayın – istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları… Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır”, – Türkiyə lideri sözügedən videoda deyir.
Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …