Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / 4 vəkilin fəaliyyətinə xitam verildi – Kollegiyadan qərar

4 vəkilin fəaliyyətinə xitam verildi – Kollegiyadan qərar

Azərbaycanda 4 vəkilin fəaliyyətinə xitam verilib.
Vəkillər Kollegiyasından Mia.az-a verilən məlumata görə, bununla bağlı qurumun sentyabrın 7-də keçirilən iclasında qərar qəbul olunub.
Belə ki, iclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib:
“Xüsusilə vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib, müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib”.

 

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …