Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ermənistan sərhəddə qoşun yığır

Ermənistan sərhəddə qoşun yığır

Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb və şəxsi heyətin, zirehli texnikanın, artilleriya və digər atəş vasitələrinin sərhəd zonasının müxtəlif istiqamətlərində aktiv yerdəyişmələrinin həyata keçirilmədiyini bildirib:
“Dünən, martın 30-da bir sıra “Telegram” kanallarında təlim prosesi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin sıralarına yeni qəbul olunmuş sürücülərin kortejinin fotoları yayılıb. Bunu sərhədlərə doğru hərbi hərəkat kimi təqdim etməyə çalışırlar ki, bu da doğru deyil.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca əməliyyat vəziyyətini sabit hesab edir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …