Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “37 il əv­vəl əmə­liy­yat et­di­yim xər­çəng xəs­tə­si yaşayır və in­di də xəs­təm­dir”

“37 il əv­vəl əmə­liy­yat et­di­yim xər­çəng xəs­tə­si yaşayır və in­di də xəs­təm­dir”

ATU On­ko­lo­ji Kli­ni­ka­sı­nın baş hə­ki­mi Nə­si­mi Qa­sı­mov xər­çəng xəs­tə­li­yi­nin ar­tı­mı­nın qar­şı­sı­nın alın­ma­sı üçün çox ma­raq­lı qa­baq­la­yı­cı təd­bir­lər­dən da­nı­şır…

Bəd­xas­sə­li şiş­lə­ri xa­rak­te­ri­zə edən əla­mət­lər xəs­tə­li­yin gec döv­rün­də or­ta­ya çı­xır. Bu da xəs­tə­li­yin il­kin mər­hə­lə­də aş­kar­lan­ma­sı­nı ge­cik­di­rir. Be­lə olan təq­dir­də, in­san­lar bə­şə­riy­yə­tin ən qor­xu­lu xəs­tə­lik­lə­rin­dən bi­ri sa­yı­lan xər­çən­gə qar­şı ne­cə mü­ba­ri­zə apar­sın­lar? Han­sı əla­mət­lər­dən şüb­hə­lə­nib hə­ki­mə get­mək la­zım­dır? Xər­çəng – müt­ləq ölüm de­mək­dir­mi?
Bu və di­gər su­al­la­rı 4 fev­ral – Xər­çəng Xəs­tə­li­yi­nə qar­şı Ümum­dün­ya Mü­ba­ri­zə gü­nün­də Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin (ATU) On­ko­lo­ji Kli­ni­ka­sı­nın baş hə­ki­mi, do­sent Nə­si­mi Qa­sı­mo­va ün­van­la­dıq. Hər kə­si ma­raq­lan­dı­ran bu möv­zu­da mü­sa­hi­bə­ni təq­dim edi­rik:
– Sta­tis­ti­ka dün­ya­nın ək­sər öl­kə­lə­rin­də, o cüm­lə­dən Azər­bay­can­da il­dən-ilə on­ko­lo­ji xəs­tə­lik­dən əziy­yət çə­kən adam­la­rın sa­yı­nın artdı­ğı­nı gös­tə­rir. Bu­nun sə­bə­bi nə ilə əla­qə­dar­dır? İn­san­la­rın öz­lə­ri­nin sağ­lam­lı­ğı­na bi­ga­nə ol­ma­sı, yox­sa hə­qi­qə­tən ya­şa­yış tər­zi­miz­lə bağ­lı­dır?
– Doğ­ru­dan da, dün­ya əha­li­sin­də bəd­xas­sə­li şi­şə yo­lu­xan­la­rın sa­yı il­bə­il ar­tır. Bu­nun­la bağ­lı bu ya­xın­lar­da öl­kə­miz­də ke­çi­ri­lən bey­nəl­xalq fo­rum­da bir No­bel mü­ka­fat­çı­sı­nın ca­va­bı­nı tək­rar­la­maq is­tə­yi­rəm. Ona da be­lə bir su­al olun­muş­du ki, “No­bel mü­ka­fat­çı­sı ola­raq bəd­xas­sə­li şi­şin be­lə artma­sı­nın sə­bə­bi­ni nə­də gö­rür­sü­nüz?” Və o ca­va­bın­da bil­dir­miş­di ki, era­mız­dan əv­vəl in­san­la­rın or­ta yaş həd­di 35 yaş, XIX əsrdə çar Ru­si­ya­sın­da or­ta ömür 43,7 yaş idi. 100 il keç­dik­dən son­ra, yə­ni 2013-cü il­də in­san­la­rın or­ta öm­rü 79 yaş­dan yu­xa­rı he­sab olu­nur. Yə­ni bu­nun­la de­mək is­tə­yi­rəm ki, 100 il ər­zin­də in­san­la­rın öm­rü 2 də­fə ar­tıb. Be­lə olan­da, xəs­tə sa­yı­nın ar­tı­mı da tə­bi­i­dir.
1989-cu il­də Ümu­mit­ti­faq On­ko­lo­ji Mər­kə­zin di­rek­to­ru, aka­de­mik Ni­ko­lay Ni­ko­la­ye­vi­çin bir sö­zü var idi: “XX əs­rin so­nu, XXI əs­rin əv­vəl­lə­rin­də hər kəs öz xər­çən­gi­nə tu­tu­la­na qə­dər ya­şa­ma­lı­dır”. Yə­ni in­san öm­rü o qə­dər uzun ol­ma­lı­dır ki, or­qa­nizmdə baş ve­rən pro­ses­lər nə­ha­yət hü­cey­rə­lə­rin mu­ta­si­ya olu­na­raq bəd­xas­sə­li şi­şə keç­mə­si­nə sə­bəb ol­sun.
“Hər bir av­to­mo­bil kan­se­ro­gen mad­də­ni at­mos­fe­rə bu­ra­xır”
La­kin tə­bii ki, ömür ya­şı­nın artma­sı xər­çən­gin ya­yıl­ma­sı­nın ye­ga­nə və əsas sə­bə­bi de­yil. Bəd­xas­sə­li şiş­lə­rin be­lə ge­niş ya­yıl­ma­sı həm də mü­a­sir hə­ya­tın tex­ni­ki cə­hət­dən zən­gin­ləş­mə­si, so­si­al hə­ya­tın yax­şı­laş­ma­sı, is­teh­sa­lın artma­sı ilə əla­qə­dar­dır. Be­lə ki, ar­tıq ət­raf mü­hi­tin çirklən­mə­si, biz­dən ası­lı ol­ma­ya­raq, il­bə­il-gün­bə­gün ar­tır. Sə­na­yə­ni nə qə­dər əha­li­nin ya­şa­yış sa­hə­sin­dən kə­na­ra apar­saq da, bu müm­kün de­yil. Mə­sə­lən, av­to­mo­bil­siz ya­şa­maq müm­kün de­yil. Hər bir av­to­mo­bil də kan­se­ro­gen mad­də olan 3-4 ben­zi­pi­ril at­mos­fe­rə bu­ra­xır. İn­san­la­rın bö­yük ək­sə­riy­yə­ti si­qa­ret çə­kir, bu da ağ ci­yər xər­çən­gi­nin ya­ra­dan va­si­tə­lər­dən bi­ri­dir. Qa­dın­la­rı­mız nor­mal do­ğuş­la nə­ti­cə­lə­nən ha­mi­lə­lik­lə­rin sa­yı­nı ki­fa­yət qə­dər azal­dıb­lar. Əgər əv­vəl ai­lə­də uşaq sa­yı 5-7 idi­sə, in­di bu uşaq­la­rın sa­yı 1-2-dir. Qi­da­lan­ma fak­to­ru: ət və ət məh­sul­la­rı­nın qə­bu­lu gün­də­lik ra­si­on­da ki­fa­yət qə­dər ar­tıb, süd məh­sul­la­rı, mey­və-tə­rə­vəz qə­bu­lu ol­duq­ca aza­lıb. Bü­tün bun­la­rın xəs­tə­li­yin artma­sı­na tə­si­ri olur.
Rə­qəm­lə­rə nə­zər sa­laq: 1996-cı il­də Azər­bay­can­da hər il 5498 xəs­tə aş­kar olu­nur­du­sa, 2015-ci il­də aş­kar olu­nan xəs­tə sa­yı 10.354 nə­fər­dir. De­mək ki, 20 il ər­zin­də təq­ri­bən 2 də­fə­dən çox ar­tım aş­kar olu­nur. Hə­lə mən bu sta­tis­ti­ka­nın tam də­qiq ol­du­ğu­nu de­məz­dim, çün­ki Azər­bay­can əra­zi­si­nin 20%-dən ço­xu mən­fur düş­mən­lə­ri­miz tə­rə­fin­dən iş­ğal olu­nub. Mil­yon­dan yu­xa­rı qaç­qın və məc­bu­ri köç­kü­nü­müz var. On­la­rın sta­tis­ti­ka­sı­nın nə qə­dər düz­gün ol­du­ğu­nu de­mək mə­nim üçün çə­tin­dir. Xər­çəng nə­in­ki dün­ya­da, bi­zim öl­kə­də də ar­tan xəs­tə­lik­dir.

“Kli­ni­ka­mı­za or­ta he­sab­la il­də 10 min xəs­tə mü­ra­ci­ət edir”
– Öl­kə­miz­də ən çox han­sı or­qan­lar­da (han­sı növ) on­ko­lo­ji xəs­tə­lik­lər ya­yı­lıb? Mə­sə­lən, si­zin kli­ni­ka­ya ən çox han­sı yö­nüm­lü xər­çəng xəs­tə­lə­ri mü­ra­ci­ət edir?
-2015-ci ilin he­sa­ba­tın­da 10.354 nə­fə­rə bəd­xas­sə­li şiş di­aq­no­zu qo­yu­lub. Bun­lar­dan ço­xu süd və­zi­nin bəd­xas­sə­li şi­şi­dir- 1751 nə­fər­də, II yer­də ağ ci­yər xər­çən­gi – 1151 nə­fər­də, III yer­də mə­də­nin xər­çən­gi 1073 nə­fər­də aş­kar­la­nıb. Və dün­ya­da da bu gös­tə­ri­ci­lər təq­ri­bən üst-üs­tə dü­şür. Və nə­zə­rə al­saq ki, bi­zim öl­kə də İn­ki­şaf edən öl­kə­dir (İEÖ), dün­ya­da qə­bul olun­muş sta­tis­tik mə­lu­mat­la­ra gö­rə, bəd­xas­sə­li şiş məhz İEÖ-də artma­ğa baş­la­yır. Çün­ki bir sı­ra öl­kə­lər ar­tıq in­ki­şaf edib, or­da mü­əy­yən sta­bil­lik var. Bi­zim öl­kə müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra gü­nü­gün­dən təh­si­li ilə, sər­vət­lə­ri ilə sü­rət­lə in­ki­şaf edir.
Kli­ni­ka­mı­za mü­ra­ci­ət edən xəs­tə­lə­rin də ək­sə­riy­yə­ti əsa­sən bu 3 növ xər­çəngdən əziy­yət çə­kir. La­kin on­lar ara­sın­da on­ko-gi­ne­ko­lo­ji yö­nüm­lü mü­ra­ci­ət­lər üs­tün­lük təş­kil edir. İl ər­zin­də or­ta he­sab­la xəs­tə­xa­na­mı­za on min nə­fə­rə qə­dər in­san bəd­xas­sə­li şiş­lə mü­ra­ci­ət edir. Bun­la­rın bö­yük ək­sə­riy­yə­ti kim­yə­vi dər­man te­ra­pi­ya­sı alır. Ötə­nil­ki he­sa­ba­ta əsa­sən, 2600 nə­fə­rə qə­dər xəs­tə isə əməl­liy­yat olu­nub.
– Elə simptom­lar var­mı ki, yal­nız bu xəs­tə­li­yə aid ol­sun? Yə­ni in­san­lar han­sı əla­mət­lə­ri mü­şa­hi­də edən­də na­ra­hat olub müt­ləq hə­ki­mə mü­ra­ci­ət et­mə­li­dir?

“Ya­şı 35-dən yu­xa­rı in­san­lar il­də bir də­fə tam mü­a­yi­nə olun­ma­lı­dır”
-Bəd­xas­sə­li şiş­lə­ri xa­rak­te­ri­zə edən simptom­lar on­la­rın gec döv­rü­nə tə­sa­düf edir. İl­kin döv­də hər or­qa­na xas olan simptom­la­ra bə­zən rast gə­li­nir. Əgər söh­bət süd və­zin­dən ge­dir­sə, hər bir qa­dın özü-özü­nü mü­a­yi­nə et­mə­li­dir. Mə­də-ba­ğır­saq­da da in­san­lar nə­sə na­ra­hat­lıq hiss et­dik­lə­ri an hə­ki­mə mü­ra­ci­ət et­mə­li­dir­lər. Nə­cis­də, si­dik­də qan ol­duq­da, bəl­ğəm­də qan ol­duq­da şüb­hə­lən­mək la­zım­dır. Hər­çənd, bun­lar da ilk simptom­lar de­yil. Yə­ni in­san­lar öz-öz­lə­ri­nə diq­qət ye­tir­mə­li­dir­lər. Xəs­tə­li­yi tez aş­kar edə bil­mək üçün ya­şı 35-i keç­miş in­san­lar il­də bir də­fə öz­lə­ri­ni tam mü­a­yi­nə et­dir­mə­li­dir­lər. Həm ATU-nun On­ko­lo­ji Kli­ni­ka­sı, Həm də Mil­li On­ko­lo­gi­ya Mər­kə­zin­də bu­nun üçün hər bir şə­ra­it var. Kli­ni­ka­ya gəl­mə­yə vax­tı ol­ma­yan­lar ya­xın­lıq­da yer­lə­şən po­lik­ni­ka­la­ra mü­ra­ci­ət edib, ağ ci­yər­lə­rin rentge­ni­ni, süd və­zi­lə­ri­ni mü­a­yi­nə edə bi­lər­lər. 10 mər­tə­bə­li Kli­ni­ka­mız­da 90 sta­si­o­nar çar­pa­yı­sı, 10 gün­düz sta­si­o­nar çar­pa­yı­sı var. Bi­na­nın iki mər­tə­bə­si di­aq­nos­tik, di­gər iki mər­tə­bə­si isə po­lik­li­nik xəs­tə­lə­rin qə­bu­lu üçün­dür. Mü­a­sir cər­ra­hi mü­da­xi­lə mər­kə­zi­miz var. Bəd­xas­sə­li şiş­lə­rin di­aq­nos­ti­ka­sı üçün bü­tün la­bo­ra­to­ri­ya­la­rı­mız möv­cud­dur: En­dos­ko­pik, ultro­so­noq­ro­fik, kar­di­o­lo­ji, mam­moq­ra­fi­ya və s.
Bir şe­yi də qeyd edim ki, kim­yə­vi dər­man te­ra­pi­ya təc­hi­za­tı ar­tıq uzun müd­dət­dir ki, döv­lət tə­rə­fin­dən apa­rı­lır.
– Xər­çən­gin ya­ran­ma­ma­sı üçün han­sı­sa pro­fi­lak­tik təd­bir­lər var­mı?
– Bu mə­na­da pro­fi­lak­ti­ka əsa­sən iki his­sə­yə bö­lü­nür. Bi­rin­ci­si döv­lət tə­rə­fin­dən gö­rü­lən iş­lər­dir. Bun­la­ra ət­raf mü­hi­tin çirklən­mə­mə­si üçün iri sə­na­ye mər­kəz­lə­ri­nin əha­li­nin sıx ya­şa­dı­ğı əra­zi­lər­dən kə­na­ra kö­çü­rül­mə­si, ya­şılllıq zo­na­la­rı­nın sa­lın­ma­sı, si­qa­ret, tü­tün və spirtli iç­ki­lə­rin rek­la­mı­nın qa­da­ğan olun­ma­sı və s. da­xil­dir.
İkin­ci növ təd­bir­lə­rə isə pro­fi­lak­tik mü­a­yi­nə­lər aid­dir. Bun­lar mü­əy­yən tibb ida­rə­lə­ri tə­rə­fin­dən küt­lə­fi şə­kil­də hə­ya­ta ke­çi­ri­lir. Am­ma ye­nə də çox şey in­sa­nın özün­dən ası­lı­dır. Pro­fi­lak­tik ba­xış ke­çi­ril­mə­li­dir ki, han­sı­sa bir xəs­tə­lik aş­kar olun­duq­da, er­kən mər­hə­lə ol­sun və onu mü­a­li­cə et­mək də asan ol­sun.
Bəd­xas­sə­li şiş­lər il­kin mər­hə­lə­də, de­mək olar, simptom­suz in­ki­şaf edən xəs­tə­lik­dir. Xəs­tə­lik mü­əy­yən və­ziy­yə­tə gəl­dik­dən son­ra aş­kar­la­nır. Bu ar­tıq III-IV mər­hə­lə olur. Bun­da da mü­a­li­cə müm­kün­dür, am­ma mü­əy­yən çə­tin­lik­lər­lə qar­şı­la­şa bi­lə­rik. Odur ki, hər kə­si 35-40 ya­şın­dan son­ra il­də 1 də­fə ümu­mi hə­kim mü­a­yi­nə­sin­dən keç­mə­yə ça­ğı­rı­ram.
– Xər­çəng xəs­tə­li­yi müt­ləq ölüm­lə nə­ti­cə­lə­nir­mi?
– Bu cür ya­naş­ma­nı düz­gün he­sab et­mi­rəm. İs­tə­ni­lən xəs­tə­lik nə vaxtsa ölüm­lə nə­ti­cə­lə­nə bi­lər, o cüm­lə­dən xər­çəng. İn­san, tə­bii ki, fi­zi­o­lo­ji ola­raq, heç bir xəs­tə­li­yə tu­tul­ma­sa be­lə, mü­əy­yən ya­şa çat­dıq­da dün­ya­sı­nı də­yi­şir. Xər­çəng xəs­tə­lə­ri də ha­çan­sa dün­ya­sı­nı də­yi­şə bi­lər. O qə­dər xəs­tə­miz var ki, bəd­xas­sə­li şiş­dən mü­a­li­cə olu­na­raq ya­şa­yıb, am­ma in­farktdan dün­ya­sı­nı də­yi­şir.
– Də­fə­lər­lə mət­bu­at­da “Xər­çən­gin dər­ma­nı ta­pıl­dı” ki­mi xə­bər­lər ya­yı­lır. Hə­qi­qət­də ne­cə­dir – ha­zır­da bu xəs­tə­lik­dən, bəd­xas­sə­li şiş­lər­dən tam mü­a­li­cə me­to­du möv­cud­dur­mu?
-Hə­lə ötən əs­rin 40-cı il­lə­ri­nin so­nun­da, 50-ci il­lə­rin əv­vəl­lə­rin­də Çin Xalq Res­pub­li­ka­sın­da, İs­ra­il­də xər­çən­gin ça­rə­si ta­pıl­ma­sı haq­qın­da xə­bər­lər do­la­şır­dı. Am­ma son­ra xə­bər ya­lan­la­nır­dı.
Bu gün bəd­xas­sə­li şiş­lə­rin mü­a­li­cə­si möv­cud­dur. Yə­ni de­mək ol­maz ki, mü­a­li­cə­si yox idi, in­di ta­pıl­dı. Bu xəs­tə­li­yin aş­kar olun­ma­sı üçün əli­miz­də ki­fa­yət qə­dər mü­a­yi­nə me­tod­la­rı var. Bu xəs­tə­li­yin mü­a­li­cə­si üçün is­tər əmə­liy­yat, is­tər şüa te­ra­pi­ya­sı, is­tər­sə də kim­yə­vi dər­man te­ra­pi­ya­la­rı el­mə mə­lum­dur. Öl­kə­miz­də bəd­xas­sə­li şiş xəs­tə­lə­ri­nə yar­dım gös­tər­mək üçün ki­fa­yət qə­dər ge­niş im­kan­lar var. De­yə bi­lə­rəm ki, MDB mə­ka­nın­da bu ba­xım­dan ən yax­şı şə­ra­it biz­də­dir.

“37 il əv­vəl əmə­liy­yat et­di­yim xəs­tə hə­lə də mü­a­yi­nə­yə gə­lir”
– Bu gü­nə qə­dər üz­ləş­di­yi­niz han­sı xəs­tə hə­lə də yad­da­şı­nız­da­dır?
– Adə­tən hə­kim-on­ko­lo­qun yad­da­şın­da uzun müd­dət ya­şa­yan xəs­tə­lər qa­lır. Ya­xud da əmə­liy­yat vax­tı çə­ti­nə düş­dü­yü­müz və ya əmə­liy­yat­dan son­ra ağır­laş­ma­sı olan xəs­tə­lər. Hə­kim­lik fə­a­liy­yə­tim­də mə­ni se­vin­di­rən hal­lar­dan bi­ri hə­lə gənc ikən əmə­liy­yat et­di­yim xəs­tə­lə­rin hə­lə də mü­a­yi­nə­mə gəl­mə­lə­ri­dir. Bir­cə fakt de­yim – 37 il əv­vəl – 1979-cu il­də əmə­liy­yat et­di­yim şəxs ha­zır­da da xəs­təm­dir. 15 il­dən çox ya­şa­yan xəs­tə­lə­ri­miz də var. Və biz bu xəs­tə­lə­ri­mi­zin kö­mə­yi­lə in­di mü­a­li­cə et­di­yi­miz xəs­tə­lə­ri də ruh­lan­dı­rı­rıq.
Ba­ki-xe­ber.com

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın