Ana səhifə / Aktual / 31 Mart Dünya Azərbaycanlıların soyqırımı gününün anılması məqsədilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

31 Mart Dünya Azərbaycanlıların soyqırımı gününün anılması məqsədilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin təbliği İctimai Birliyinin sədr müavini, hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant Elmar Hüseyn, Vətən Müharibəsi iştirakçısı, ehtiyyatda olan polkovnik-leytenant Firdovsi Vəliyev, ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyə Cümhuriyyətində təhsil alan tələbələrin iştirakı ilə keçirilən dəyirmi masa Ulu Öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və eləcə də, 44 günlük Vətən Müharibəsi şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Tədbiri giriş sözü ilə açan  Mərkəzin direktoru Nərgiz Babayeva erməni mənfurlarının soydaşlarımıza qarşı törətdiyi vəhşilikləri, erməni vandalizminin acı nəticələrini gənclərin diqqətinə çatdırdı. Bakı Gənclər Mərkəzinin Vətən Müharibəsi dövründə orduya dəstək və müharibədən sonra şəhid, əlil ailələrinin yanında olaraq onlara dəstəyin göstərilməsindən, “Dəmir Yumruq” siyasətinin gənclərin üzərinə düşəcək rolundan söz açaraq Mərkəzin bütün gənclərin üzünə açıq olmasını qeyd etdi.

Ehtiyyatda olan polkovnik-leytenant Elmar Hüseyn Mərkəzin 44 günlük Vətən Müharibəsi dövründə hərbi-vətənpərvərlik istiqamətində ingilis və rus dillərində milli-mənəvi dəyərlərin tanıdılmasında əvəzsiz rolunu qeyd etdi.

Daha sonra ehtiyyatda olan polkovnik-leytenant Firdovsi Vəliyev 44 günlük Şanlı Qələbənin qazanılmasında əməyi olan orta nəslin Ulu Öndərin, gənc nəslin isə Ali Baş Komandanın zamanında yetişməsini xüsusi vurğuladı.

Daha sonra gənclər 44 günlük Vətən müharibəsi dövründə gənclərin vətənpərvərlik istiqamətində maarifləndirilməsi məqsədilə həyata keçirdikləri işlərdən bəhs edərək, geniş müzakirə apardılar.

Tədbirin sonunda Mərkəzin direktoru Nərgiz Babayeva qonaqları və gəncləri Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən muzeyə infotura dəvət etdi. Aktiv gənclər infoturun sonunda Xarıbülbül nişanı ilə təltif edildilər.

Nəzərinizə çatdıraq ki, dəyirmi masa və infoturun təşkili xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə həyata keçirilmişdir.

Videonu izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:


Həmçinin oxuyun

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə …