Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / 30 metrlik parlaq dirəkdə bayraq, qəhrəman əsgər heykəli – İlk olaraq Sumqayıtda -VİDEO

30 metrlik parlaq dirəkdə bayraq, qəhrəman əsgər heykəli – İlk olaraq Sumqayıtda -VİDEO

Hər şey göz qabağında: Hava şəraiti getdikcə sərt kəskinliyə doğru dəyişsə də, Sumqayıtda xeyli vaxtdır gedən abadlaşdırma və təmir işlərinin sürəti aşağı düşmür. Yüksək zövqlə həyata keçirilən bütün işlər şəhərə xüsusi bir yaraşıq verir, görkəminə gözəllik qatır. Hara baxsan, iş icraçılarının çəkdikləri böyük əziyyətlər hesabına tam olaraq başa çatan bütün işlər valehedicidir. Adama elə gəlir ki, ərazilərində təmir və abadlıq işləri yüksək səviyyədə həyata keçirilən görməli yerlərinin hər biri, sanki, çoxdan, ölkənin bu üçüncü böyük şəhərinin — Sumqayıtın gözəllik rəmzi kimi qəbul olunubmuş; Elə, yenidənqurma stilli abadlıq və təmir işləriylə görkəmlərinə xüsusi gözəllik qatılan şəhərin adıyla — “SUMQAYIT” yazısıyla başlayan giriş hissəsi və dənizkənarı park-bulvarı qarışıq, digər görməli yerləri belə, son vaxtlar, adamı bu sarıdan çaşdıranlardır.


Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özünün xüsusi nəzarətində saxladığına görədir ki, Sumqayıtlı Şəhidlərimizin Uyuduqları Müqəddəs Məkanda — Şəhidlər Xiyabanında başladığı gündən ən müasir inşaat materialları hesabına yüksək zövq və keyfiyyətlə görülən, günü-gündən daha da sürətlənən və tam olaraq başa çatmasına artıq sayılı günlər qalan təmir və abadlıq işlərinin isə, adama təsiri fərqli yöndəndir. Həm də ona görə ki, bu And və Qürur Yerimizdə, şəhər rəhbərinin təşəbbüsü ilə indiyədək həyata keçirilən bütün mürəkkəb işlərə, iş icraçısı Müqayis Verdiyevin başçılığı altında çalışan əlli nəfərə yaxın işçi heyəti böyük məsuliyyət hissiylə yanaşır. Məhz bu işçi heyəti tərəfindən böyük məsuliyyətin nə demək olduğu dərindən anlandığına görədir ki, bu Müqəddəs Ziyarətgahımız indi daha abad olduğu qədər də, şəhərin digər görməli yerlərindən fərqli yöndən təsirlidir.
Bəli, icra başçısı Zakir Fərəcovun özünün təşəbbüsüylə və iş icraçısı Müqayis Verdiyevin rəhbərlik etdiyi tikinti şirkətinin bu işçi heyəti tərəfindən neçə vaxtdır yüksək məsuliyyət hissiylə görülən alqışa və tərifə layiq bütün işlər müqabilində Şəhidlər Xiyabanında bir cənnət gözəllik yaradılır. Bütün bunlar isə, Vətən torpaqlarımızın bütövlüyü və toxunulmazlığı naminə, Qarabağda mənfur düşmən tərəfindən işğal edilmiş kənd, qəsəbə və şəhərlərimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin hər birinin adına onların sonsuz hörmət və rəğbətlərinin, yüksək sevgi və dərin məhəbbətlərinin bariz nümunəsidir.

Bunları tərif xatirinə yox, ürəkdən gələn xüsusi hisslərə görə deyirik! Çünki əsl həqiqətdə və reallıqda da, burada görülən bütün işlər alqışa və tərifə layiqdir — bizləri qürurlandıraraq, bir daha, Azərbaycanlı olmağımıza fəxr və fəxarət gətirir! Bütün bunların nə demək olduğunu, elə, Şəhidlər Xiyabanının girişində, bu dəfəki təmir və abadlıq işlərindən sonra daha yüksəyə qaldırılan və hər səhər tezdən Şəhid Ruhunun salamladığı Əzəmətli Üçrəngli Dövlət Bayrağımıza baxmaq kifayətdir. Bayrağımız əbədi olaraq, hər səhər tezdən, öz parıltısını Günəş şəfəqlərinin parıltısına qataraq, — bəli, öz parıltısını, qoy, bu, heç kəsə qəribə gəlməsin, — Şəhid Ruhunun salamlarına: “Salam!” — deyəcək.


Yeri gəlmişkən, bu yerdə onu qeyd etməyi vacib bildik ki, bu dəfəki təmir və abadlıq işlərindən sonra, tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənən Müqəddəs Üçrəngli Bayrağımız, artıq, 30 metr hündürlüyü olan parıltılı metal — pas atmayan və “nerjaveyka” deyilən dirək üzərində dalğalanır. Dövlət Bayrağımızı bu hündürlükdə parıltılı və pas atmayan metal dirək üzərində dalğalandırmağın özü isə, Vətənimiz Azərbaycanda daha bir ilkdir. Bu yerdə, onu da bildirmək istəyirik ki, Şəhidlər Xiyabanında, böyük məsuliyyət tələb etdiyi üçün, yüksək keyfiyyətlə görülən bu işlərin yekunlaşması Noyabr ayına, daha dəqiq desək, Zəfər Bayramına planlaşdırılır.


Sonda, xüsusi olaraq bir daha vurğulamaq istəyirik ki, doğrudan da, ölkəmizin üçüncü böyük şəhərindəki Şəhidlər Xiyabanının girişində ucaldılan Əzəmətli Bayrağımızın əhatə etdiyi geniş meydanda, aşağıdan yuxarıya böyük məsuliyyət hissiylə görülən mürəkkəb nümunəli bütün işlərdən bura yolu düşən hər kəs qürur duyur. “Araz” Media Qrupundakı mətbuat vasitələrinin, eləcə də araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, həmin qürur hissi keçirənlərdənik. Və bu yazımız da, Şəhidlər Xiyabanını ziyarətimizdən doğan təəssüratlarımızın ifadəsidir. 

Üçrəngli Müqəddəs Bayrağınla Məsud Yaşa, Azərbaycan! 

Ruhun Şad Olsun Azərbaycan Şəhidi!

Həmçinin oxuyun

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov …