Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / 30 ildə ilk dəfə: Azərbaycan güləşçisi üçqat dünya çempionu oldu

30 ildə ilk dəfə: Azərbaycan güləşçisi üçqat dünya çempionu oldu

Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Virtualaz.org xatırladır ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.

Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək 3-cü dəfə dünya çempionu olub.

Onu da xatırladaq ki, Azərbaycanın güləş tarixində bundan əvvəl belə bir uğura yalnız yunan-roma stili üzrə pəhləvanımız Məhyəddin Allahverdiyev imza atmışdı. O, SSRİ yığmasının tərkibində 1985, 1986 və 1987-ci illərdə dünya çempionu olmuşdu.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın