Cümə , Fevral 26 2021
Ana səhifə / Aktual / “Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir — Hafiz Hacıyevdən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir — Hafiz Hacıyevdən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

Partiya sədri KONKRET.az-a açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları əhalini incitməklə ölkə rəhbərliyinə qarşı qaldırırlar:

“Bunlar nə dövləti, nə də xalqı saymırlar. Hamısı Ramiz Mehdiyevdən qalma kadrlardır, xalqı, dövləti dağıtmaqla məşğul olurlar. Görün, bunlar nə qədər harınlayıblar ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xalqdan oğurladığı pulların hesabına özünə böyük istixana kompleksləri, biznes yerləri qurub. Bu, çox ciddi qanun pozuntusudur, dövlətin qanunlarını saymamaqdır. Yəni, bu adamlar demək istəyirlər ki, biz dövləti, xalqı tanımırıq, saymırıq. Onların məqsədi ölkədə inamsızlıq mühiti yaratmaqdır. Bu, Ramiz Mehdiyevin yaratdığı ideologiyadır ki, “Azəriqaz” rəhbəri və digərləri də bunu icra edirlər. Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı o nazirlikdə vəzifəyə qoymamışam. Amma Ruslan Əliyev “Azəriqaz”-ı qohumlar təşkilatına çevirib. Sanki bu qurum qohumlar idarəsidir”.

Partiya sədri “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin korrupsiya əməllərinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına çağırış edib:

“Məndə məlumatlar var ki, “Azəriqaz” rəhbərliyi camaatın sayğaclarından oğurladığı milyonların hesabına özlərinə böyük biznes şəbəkələri yaradıb. Azərbaycanın hüquq-mühafizə orqanları “Azəriqaz” İstehsalat Birliyində təcili yoxlama əməliyyatları keçirməlidir, bu quruma rəhbərlik edən şəxslər həbs edilməlidir. Necə olur axı, hansısısa quldurlar qaz sayğaclarına müdaxilələr etməklə xalqın cibindən oğurladıqları pulların hesabına özlərinə istixana biznesləri yaradırlar, pomidor-xiyar satıb varlanırlar. Xalq isə soyuqdan donur, pis vəziyyətdə yaşayır. Bu cür məmurlar müzakirəsiz həbs edilməlidir”.

Həmçinin oxuyun

“Düşüncə Gücü-Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyi “Ana Harayı” abidəsini ziyarət edib

“Düşüncə Gücü-Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə …