Ana səhifə / Aktual / Rusiya diasporunda qalmaqal- Xanoğlan Əliyevə sərt ittihamlar…

Rusiya diasporunda qalmaqal- Xanoğlan Əliyevə sərt ittihamlar…

Rusiya Azərbaycanlıları İttifaqının vitse- prezidenti Elnur Hüseynov özünün “Facebook” səhifəsində “AzerRos”un rəhbəri olmağa hazırlaşan Xanoğlan Əliyev barədə sərt status yazıb. Azinforum.az həmin statusu təqdim edir:

Quş buraxıb xülya görməyin açı həqiqəti..!

Son vaxtlar baş verən hadisələr mənə şair Qabilin məşhur sözlərini xatırladır: “Qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz!”

Əvvəlcədən qeyd edim ki, mən bu yazını doğma və əziz Azərbaycan dilində yazıram ki, bunu digər millətlərin nümayəndələri oxuyub, sevinməsin. Ona görə ki, RF-də Azərbaycan diasporu həmrəy və möhkəm deyil. İndi keçək əsas mətləbə. Mənim və Xanoğlan kişi arasında bir balaca anlaşımazlıq oldu. Ximki rayonunda Azərbaycan Milli-Mədəni muxtariyyətinin sədri XANOĞLAN ƏLİYEV ortaya qoyduğum faktlar qarşısında öz səhvlərini boynuna almadı ki, ona olan əvvəlki münasibətim dəyişilməz qalsın. Bundan sonra bir binamus mənim haqqımda uydurulmuş və böhtan dolu yazı yazdı. Xanoğlan kişi isə bu yazını öz Feysbuk səhifəsində paylaşdı. Paylaşım altında şərhlər yazıldı. Kimsə məni qınadı, kimsə təhqir etdi, kimsə tərəfimi saxladı. Bostanıma atılan daşlardan ev tikmək olar, amma arxadan atılan daş ancaq və ancaq topuğa dəyə bilər…Bu paylaşım sübüt edir ki, Xanoğlan kişinin bu işdə əli var. O, məni millətçilikdə, irqçilikdə günahlandırır. Guya ki, mən Xanoğlan kişini Azərbaycan xalqının ayrılmaz bir hissəsi olan Talış millətinin nümayəndəsi olduğu üçün təhqir etmişəm və onun Talış olduğu üçün AzərRos-un prezidenti seçilməsinə qarşı çıxmışam.

1. Qeyd etmək istərdim ki, Azərbaycan multikultural bir ölkədir.

2. Azərbaycan xalqını orada yaşayan millətlər təşikil edir. Burada Türk də var, Talış da var, Ləzgi də var, Avar da var, Kürd də var, var oğlu var.

3. Orada yaşayan millətlər Azərbaycanın zənginliyidir.

4. Bizim milləti parçalamaq və aramızda ədavət salmaq Azərbaycan dövlətinin düşmənlərinin siyasətidir.

5. Mən Azərbaycan dövləti və XALQI ilə fəxr edirəm.Biz Rusiyada Azərbaycan diasporuna, AzərRosa rəhbər seçməsinə hazırlaşırıq . Bu isə o deməkdir ki, Azərbaycanla bağlı olan, Azərbaycan xalqının nümayəndəsi olan (millətindən asılı olmayaraq) hər bir insan bu vəzifəyə namizəd ola bilər. Lakin mən Xanoğlan kişinin bu posta namizədliyinə belə qəti şəkildə razı deyiləm! Qeyd edim hansı səbəblərə görə.

1. Xanoğlan Əliyev nə Rus, nə də Azərbaycan dilində danışa bilmir (İnanmayan, xaiş edirəm, bu insanın hər hansı bir çıxışına baxsın).

2. Azərbaycan xalqını, Azərbaycan millətini bu cür insan Rusiyada təqdim və təmsil edə bilməz! Çünki, Savadsızdır!

3. AzərRos-un rəhbəri Rusiya Federasiyasının prezidenti yanında millətlərarası şuranın üzvü olur. Fikrini belə izah edə bilməyən, iki sözü birləşdirməyi bacarmayan bir insanın burada nə işi ola bilər? Bizi biabır etməkdən başqa, o həç nəyə qadir deyil! İndi mənə deyin, Xanoğlan kişinin bu posta namizəd olmasını, Azərbaycan Xalqını təmsil və təqdim etməsini kim istəyir, kim dəstəkləyir?! Bəli, mən Xanoğlan Əliyevin bu posta namizəd belə olmasına qəti şəkildə razı deyiləm! Razı deyiləm, ona görə yox ki, o Talışdır. Razı deyiləm, ona görə ki, o bisavaddır, intriqandır. Azərbaycanda hörmət sahibi olan, sayılıb seçilən, Talış xalqının o qədər nümayəndəsi var ki! Mən də onlarla fəxr edirəm! Amma, deyəsən Xanoğ kişi hadisəni başqa səmtə yönəltmək niyyətindədir. Məqsəd isə, məncə, məlumdur. Bir insan yaxşı iş adamı ola bilər, xeyirxah ola bilər, ildə bir dəfə gölə QUŞ buraxa bilər, amma bu onun savadlı olmağı, milləti təmsil edə bilməyi demək deyil. Xanoğlan kişi bilmirəm, sənin fitilini kim yandırır, amma, sən bu vəzifəyə layiq deyilsən. Bir az xırdalıqlara da keçmək istərdim. Xanoğlan Əliyev AzərRosun VIII hesabat-seçki qurultayının təşkilat Komitəsinin sədri olduğu zaman bildirdi ki, o təşkilatın prezidenti vəzifəsinə namizəd olmaq niyyətində deyil və yalnız seçkilərin şəffaf keçməsi üçün əlindən gələni edəcək. Amma nədənsə sözünə sahib çıxmadı. İkinci məsələ isə, tam məsuliyyətimlə deyirəm ki, Xanoğlan Əliyevin separatçılarla yaxın əlaqəsi olub. Buna dəlillər də var. Bu haqda mətbuatda TƏKZİBOLUNMAZ faktlarla, dəfələrlə yazılar gedib. Nəticəni isə özünüz çıxarın!

Səslənən ittihamlarla bağlı Xanoğlan Əliyevin də mövqeyinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …