Şənbə , Aprel 20 2024

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ili tamam olur.
“Report” xəbər verir ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik edib.
O, videogörüntü ilə Azərbaycana təbriklərini bu şəkildə ünvanlayıb: “31 dekabr Azərbaycanlıların Həmrəylik Günüdür. Azərbaycanlı qardaşlarımızın bayramını təbrik edirəm. Mən yaxşı bilirəm ki, bu birlik və qucaqlaşma anı bütün azərbaycanlı dostlarımız və qardaşlarımız üçündür. Bütün azərbaycanlı dostlarımızın həmişə yanlarında olduğumuzu bilmələrini istəyirəm. Bayramda da, kədərli günlərində də çiyin-çiyinəyik, bir-birimizi dəstəkləyirik, həmişə birlikdə güclüyük. Bunu da hiss edirəm. Həmrəylik Gününüz mübarək olsun, azərbaycanlı dostlarım!”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …