Ötən gün Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanaraq rekorda imza atıb. Güləşçimiz müstəqil Azərbaycan tarixində 3 qat dünya çempionu olan ilk güləşçi kimi adını tarixə yazdıra bilib. Hacı bundan əvvəl 2014-cü ildə Daşкənddə, 2015-ci isə ildə Las-Veqasda keçirilən Dünya Çempionatının qalibi olub.
Yaşar Əliyev 2013-cü ildə Avropa Çempionatında bürünc medal qazanıb. Hacı isə ilk uğurunu 2008-ci ildə Türkiyədə yeniyetmələr arasında keçirilən “Qələbə Kuboku” turnirində qazanıb. O, həmin yarışın bürünc medalçısı olub. Bundan sonra Hacı yeniyetmələr arasında Avropa Çempionatının və gənclər arasında Azərbaycan Çempionatının gümüş medalını qazanıb. Həmçinin ölkə daxilində keçirilən müxtəlif yarışlarda birinci olub. 18 yaşında (2009-cu ildə) Azərbaycan Kubokuna sahib olan Hacı Əliyev yığmaya dəvət olunub. Bundan sonra bir sıra yarışlarda uğur qazanıb.
2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.
Bu uğurlardan sonra Hacı 2015-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə isə “Azərbaycan Respublikası Prezidentinin” Fəxri diplomu ilə təltif edilib. O, həmçinin 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən yaxşıları” mükafatına layiq görülüb.
Hacı Əliyev güləşlə yanaşı pianoda ifa edir, məlahətli səsilə xalq mahnılarını oxumağı bacarır.
2014-cü ildə ailə həyatı quran güləşçinin Aişə adında qız övladı var.
AzVision.az