Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “26 ildir mənəvi əzab çəkirəm, ermənilər evimi hərbi qərargah ediblər…”- Şuşanın batalyon komandiri…

“26 ildir mənəvi əzab çəkirəm, ermənilər evimi hərbi qərargah ediblər…”- Şuşanın batalyon komandiri…

Bu gün Şuşa şəhərinin işğalından 26 il ötür. 1992-ci il may ayının 8-də Azərbaycanımızın dilbər guşələrindən biri olan Şuşa şəhəri erməni və rus silahlı birləşmələri tərəfindən işğal olundu. Bəs Şuşanın işğal olunmasına səbəb nə oldu?
Şuşa könüllü ərazi özünümüdafiə batalyonunun-816 saylı hərbi birləşmənin komandiri Fəxrəddin Səfərov şəhərin işğal olunmasına belə aydınlıq gətirdi:
“Şuşanın işğal olunmasını səmimi etiraf etsək, həmin vaxtı bu Azərbaycan ordusunun zəifliyi və erməni ordusunun güclü olmasından asılı olan bir şey deyildi. Ukrayna qərbə meyl edən kimi, Rusiya oranı darmadağın etdi. Gürcüstan qərbə meyl edən kimi eyni taleni yaşadı. Bunlar ilk dəfə bizim başımıza gəldi. Müstəqillik qazanandan sonra xarici siyasətimizi qura bilmədik və Rusiya bizdən qisas aldı. Rusiya özünüz də görürsünüz bu gün Suriyanı əlindən buraxmaq istəmir və ABŞ-a meydan oxuyur”.
F.Səfərov bildirib ki, illərdir mətbuatda şəhərdə döyüş olmadığı barədə insanlara yanlış məlumat verilir:
“Mayın 7-dən 8-nə keçən gecə Şuşaya hücum olundu. Şuşa həmin döyüşdə 196 nəfər döyüşçü itirdi. Necə demək olar ki, şəhərdə döyüş olmayıb. 26 ildir ki, mətbuat və televiziyamız Azərbaycana qənim kəsilərək əks məlumatlar verirlər ki, guya Şuşada döyüş olmayıb. Şuşadakı öz yaşayış evimi ermənilər hərbi qərargah ediblər. 26 ildir ki, mənəvi əzab çəkirəm. Aprel döyüşlərində irəli gedirdik də, niyə qoymadılar?! Rusiya dərhal hadisəyə müdaxilə etdi”.
F.Səfərov erməni keşişin də şəhərin işğalına fitva verdiyini bildirib:
“Şuşaya hücum olunan gün rus ordusundan başqa heç bir erməni əsgəri döyüşmək istəməyib. Erməni keşişi əsgərlərin qarşısına çıxaraq deyib ki, keşiş və erməni soyqırımı naminə döyüşün. Mayın 9-da bu kadrlarda da var erməni kilsəsində keşiş döyüşçülərə xeyr-dua verir. Bəs bizim hansı din xadimimiz gedib döyüşlərdə əsgərlərə ruh verib? İndinin özündə də biz işimizi qura bilmirik. İndi çatan bir qalustuk bağlayıb efirə çıxıb deyir ki, Şuşanın azad olunmasının bir yolu var idi. Şuşanın bir yolu Qacarın vaxtında idi, qılıncla üz-üzə döyüşməliydik. İndi artilleriya 50 klometrdən şəhəri darmadağın edir. Şuşa belə işğal olundu. Son gücümüzə qədər şəhərdə döyüşdük. Bizi aldadıb əmrlə şəhərdən çıxarıblar. Sonra da siyasi oyunlar bizləri bu günə qoydu”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …