Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / 25 deputatın ardınca nazir də yoluxdu, on minlərlə dustaq isə həbsxanadan buraxıldı

25 deputatın ardınca nazir də yoluxdu, on minlərlə dustaq isə həbsxanadan buraxıldı

İranın sənaye naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə yerli “Asr-e İran” nəşri məlumat yayıb. Hazırda nazirin xəstəxanaya yerləşdirildiyi və orada müalicə aldığı bildirilir.

İndiyə qədər İranda koronavirusdan (COVID-19) ölənlərin sayı 77 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 2 336 nəfərdir. 435 nəfər isə koronavirusdan sağalıb.

Koronavirus epidemiyası İranda bir çox dövlət rəsmilərini haqlayıb. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, və Xomeneyinin müşaviri, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusdan ölənlər arasındadır.

Daha əvvəl isə İranın səhiyyə Nazirinin müavini İrəç Həriri, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 25 deputat koronavirusa yoluxub.

İran hökumətinin həbsxanalarda koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə 54 mindən çox məhbusu müvəqqəti olaraq azad etdiyi bildirilir. İran ədliyyə sisteminin nümayəndəsi Qulamhüseyn Esmaili azad edilən məhbusların koronavirus üçün yoxlanılmadığını söyləyib. Müvəqqəti azadlığa buraxılma beş ildən çox olmayan müddətə həbs edilmiş şəxslərə şamil edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir. Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 93 191-ə çatıb. Bunların 51 002 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …