Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / 23 yaşlı qız burun əməliyyatında öldü

23 yaşlı qız burun əməliyyatında öldü

Qax rayonunda 23 yaşlı qadın əməliyyat zamanı ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Layıcova Rəyisə Kamil qızı burun çəpərinin deformasiyası ilə əlaqədar əməliyyat olunması üçün Qax rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 

 Lor həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı halı R.Layıcovanın pisləşərək ölüb. O, evli, bir uşaq anası olub.

Faktla bağlı Qax rayon prokurorluğunda (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …