Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? – FOTOLAR

220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? – FOTOLAR

Azərbaycanın qabaqcıl təhsil ocaqlarından olan Bakı şəhəri Nizami rayon  220 nömrəli məktəb-litsey –də ingilis dili müəllimi işləyən Rövşən Əzizovda erməni sevgisi hardan yaranıb?

Sozcu.az saytına daxil olan məlumata görə Nizami rayonunda yerləşən 220 saylı məktəb-litseydə ingilis dili müəllimi kimi çalışan Rövşən Əzizov sosial şəbəkələrdə özünə məxsus olan səhifələrində erməni bayrağını paylaşaraq,  erməni təbliğatı aparır.

Rövşən Əzizovun feysbuk sosial şəbəkəsində olan hesabına baxdıqda deyilənlərin həqiqət olduğunu gördük. “azərbaycanlı” müəllimin səhifəsi demək olar ki, erməni sevgisi ilə dolub-daşır. Özünü “sülh” təbliğatçısı kimi aparan bu şəxs, hətta ermənicə, ” Yes abrumem Adrbeicanum. Yes baderazm çem uzum. Yes xağağutyunem uzum. Menk bedke arun çitapvum”-kimi sözləri yazaraq paylaşır.

“Adnan Oktar okulu her kese de bunu ogretiyor”  yazıb, özünü Adnan Oktar”məktəbi”nin yetirməsi sayan bu şəxs onu qınayanlara,  “Ermenilerin icinde yaxsilari da var, inan mene, ermeni kimi dogulmaq gunah deyil, Allah bele yaradibsa hamimiz Allahin quluyuq O, bizi yaradib”  yazaraq cavab verir.

Rövşən Əzizov sosial şəbəkədə özü haqqında məlumat bölümündə Karate Federasiyasında çalışması haqda məlumat da yazıb.

Rövşən Əzizovun daha bir yazısını olduğu kimi təqdim edirik: “Üzumuze gelen il Ermenistan ve Azerbaycan arasinda muharibenin 30 illiyi tamam olacaq, inshaAllah hemin il de barisin esasi qoyulacaq, ermeni azeri dostluguna qardasligina nail olana qeder mubarizeye davam, MENI ANLAYA BILMNEZSINIZ, amma bunun menim ucun menevi ve izaholunmaz sebebi var”.

Maraqlı budur ki, 220 saylı məktəb-litsey sıradan bir məktəb yox,  YUNESKO-nun Assosiativ məktəblər siyahısına daxil olan nüfuzlu təhsil  ocağıdır. Təhsil Nazirliyinin və dövlətimizin aidiyyəti qurumlarının bu nüfuzlu təhsil müəssisəsində erməni təbliğatçılarına yaradılan şəraitə göz yumursa, bu artıq dövlətimizin çox ciddi bir təhlükəli vəziyyətdə olduğundan xəbər verir.

Sosial şəbəkələrdə hakimiyyət əleyhinə yazdıqları statuslara görə onlarla vətənpərvər vətəndaşlarımız həbsxanaya salındığı təqdirdə, ürəyi erməni sevgisi ilə alışıb yanan şəxsə ən nüfuzlu təhsil müəssisəsində rahat şərait yaradılması Azərbaycan hakimiyyətində ermənipərəst məmurların kifayət qədər olmasını göstərmirmi?

P.S. İnanırıq ki, aidiyyəti qurumlar bu şəxs haqqında ciddi ölçü götürəcəklər. Biz xüsusi xidmət orqanlarımızda vətənini sevən insanların da çalışmasına inanırıq və ümid edirik.

Elşən Əlisoy 
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_cccccx.jpg
rrrrggggg.PNG
ttttyyyyyy.PNG
cccvdds.PNG

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …