Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / 20 nömrəli məktəb-liseyin direktoruna töhmət verildi – Səbəb açıqlandı

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verildi – Səbəb açıqlandı

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya töhmət verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub.
Bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub:
“Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.
Həmçinin, məktəb direktoruna aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb”.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …