Ana səhifə / Aktual / 20 il sonra doğulan uşaq arxa düşərək öldü – Faciə

20 il sonra doğulan uşaq arxa düşərək öldü – Faciə

Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Azinforum.az ” APA TV-nin yerli bürosuna istinadən xəbər verir ki, hadisə Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.

Kənd sakini, 3 yaşlı Əsgər Cavanşir oğlu Kərimov yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Dərinliyi 2 metrdən çox olan və suyun iti axdığı arxda köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib. Valideynlər əvvəlcə uşağın küçəyə çıxdığını və ya qonşu həyətə keçdiyini düşünərək onu xeyli axtarıblar. Sonradan uşağın cəsədini suya düşdüyü yerdən 150 metr aralıdan taparaq çıxarıblar.

Kənd sakini Şamil Həmidov hadisənin təfərrüatını belə açıqlayıb: “Ata elə bilib ki, uşaq anasının, ana isə elə bilib ki, atasının yanındadır. Kənd həyatıdır. Təsərrüfat işləri məşğul olarkən başları qarışıb. Ani məqamda uşaq arxa yaxınlaşıb, ayağı sürüşüb və suya düşüb”.

Qeyd edək ki, ailənin 3 qız və bir oğlan övladı olub. Üç qız övladından sonra 20 il oğul həsrəti ilə yaşayan ailə arzusuna gec də olsa, çatıb. Amma valideynlərin oğul sevinci çox çəkməyib və 3 yaşlı Əsgər faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın