Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / 2 SAYLI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN HAKİMİ ETİBAR MUSTAFAYEVƏ HÜQUQŞUNASDAN SƏRT İTTİHAM

2 SAYLI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN HAKİMİ ETİBAR MUSTAFAYEVƏ HÜQUQŞUNASDAN SƏRT İTTİHAM

 

Müstəqil Dövlətin Müstəqil Hakimi.

“Mənəviyyatsız həyat yuxudur”.

L. Tolstoy.

Aforizm kimi seçdiyim sözü Lev Tolstoy uzun illər öncə söyləmişdir. Təəssüflər olsun ki, bu dəyər az qala bizim dövrümüzdə əhəmiyyətini itirsin. Mənəviyyat insanın özü uğrunda apardığı mübarizənin nəticəsi olaraq mövcud olur. Bu, özünü tapmaq, şəxsiyyətin hərtərəfli və hormonik inkişafıdır. Fərdin insanlıq mahiyyətini təsdiqləməyə çalışması nəticəsində onun potensiyası və özünə xas keyfiyyətləri də ortaya çıxır.
İnsanın bir şəxsiyyət kimi formalaşması üçün demokratik cəmiyyətimizdə kifayət qədər əlverişli şərait var, təki istək olsun. Bunun üçün hər bir kəs özünün, başqalarının və cəmiyyətin ümumi marağı naminə məsuliyyətini anlamalı və insanlığa xas dəyərlər kimdə yoxdursa deməli o, Yaradana asi olur. Həzər o gündən…
Uşaq 3 yaşına çatar-çatmaz “mən özüm” özünün insanlıq mahiyyətini təsdiqləməyə cəhd edir. Amma, insanlar var ki, öz bacarıqlarını anlamaq qabiliyyətləri yoxdur.
Tələbəlik illərində oxuduğum və bu gün də yaddaşımda qalan K. Marksın gənc ikən yazdığı “özünü tərbiyə himn” in bir neçə misrasını çatdırmağı özümə borc bilirəm.
Ne moqu ya jit v pokoe,
Esli vsya duşa v oqne,
Ne moqu ya jit bez boya
İ bez buri, v polusne…
Rus dilində daha yaxşı səsləndiyindən orijinalda olduğu kimi verdim. Qısa mənası belədir ki, əgər “könlüm” odlanırsa, mən necə rahat yaşaya bilirəm. Mübarizəsiz də yaşaya bilmərəm və s. Düşünürəm ki, bu xarakterik cəhət hər bir kəsə aiddir.
Açığı məni bu yazını yazmağa vadar edən başqa səbəb oldu. Hamımıza məlumdur ki, mütləq ədalət olmadığından hər bir cəmiyyətdə sosial ədalətsizliklər olmuş və olacaq. Sosial ədalətin bərpası müasir cəmiyyətdə daha çox hakimlərin üzərinə düşür. Onlar Azərbaycan dövləti adından qərar qəbul etməkdə müstəqildirlər və bu müstəqilliyin qarantı ölkənin Prezidentidir. Qeyd etdiyim Azərbaycan Xalqının iradəsini ifadə edən konstitutsion müddəadır. Hər bir hakim tərəddüd etmədən Prezidentin zəmanət verdiyi müstəqilliyi öz fəaliyyətinin epiqrafı kimi qəbul etməli, göstərilən etimada, vəzifəsinə xəyanət etməməli, hakim nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir. Amma çox təəssüf və çox təəssüf ki, hakimlərin hamısı konstitusion müddəaların mahiyyətinə varmırlar. (Yaxşı tanıdığım hakimlər və hakimliyə layiq tanımadığım şəxslər istisnadır)
Oktyabrın 17-də Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən Dövlət başçısı İlham Əliyevin hamıya görk olan aktı Femidanın -ədalət mücəssəməsinin canlı təzahürü kimi aydın səmada şimşək kimi çaxdı. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunun demokl qılıncı qınından çıxdı… Bu, qətiyyətli bir addım idi…
Allah xatirinə, heç kim məndən inciməsin. Tarixən DİO-da cinayətkarlıqla mübarizə işinin təkmilləşdirilməsi üçün DTK (Dövlət Təhlükəsizlik Komitəsindən) – MTN-dən kadr axtarışına başlanılırdı. DİN-dən isə transferlər olmamışdır.
23 oktyabr 2015-ci il saat 11:00 da Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayevin sədrliyi ilə keçirilən inzibati prosesin iştirakçısı olmuşam. Açığı prosesin başlandığı andan tərk etdiyim qısa vaxta qədər hakim E. Mustafayev özəl bir proses nümayiş etdirdi. Əvvəla nə iddiaçının və cavabdehin hüquq və vəzifələrini elan etmədi. Nümayəndəsi olduğum əcnəbi vətəndaşının dindirilməsi üçün tərcüməçi dəvət olunmadı və hakim buna ehtiyac duymadı. Replikalarıma E. Mustafayev kobud, qeyri mədəni və qeyri etik davranışları ilə cavab verdi, əzab çəkdim. Nümayəndəsi olduğum əcnəbi vətəndaşı, Qarabağ döyüşünün əlili və veteranı kimi yaşadığı Xətai rayonunda güzəştli əsaslarla mənzil növbəsinə götürülmədiyinə, məsələnin həlli məhkəmə aidiyyatına mənsub olduğuna görə proses ədalət mühakiməsinin prinsiplərinə uyğun başlanmadı, mədəniyyətdən və əxlaqdan uzaq, hakimlərin etik davranış qaydalarına zidd, içilən anda sədaqətsizlik nümayiş etdirməklə prosesi tərk etməyə məcbur oldum. Mənim ABU-nun hüquq fakultəsini bitirən və hakim vəzifəsində çalışanlara heç bir iradım yoxdur.

Amma ictimaiyyəti düşündürən bir suala da cavab tapmaq lazımdır. Rektoru CM-nin müxtəlif maddələri ilə beynəlxalq axtarışda olan bir təhsil ocağının məzunlarının bu cinayətlərdə heç bir rolu yoxdur? Axı, bu qədər sərvət tələbələrdən yığılmışdı! ABU-nun bitirən hüquqşünaslara çox səmimi yanaşıram. Amma nə etmək ki, onlar BDU-nun hüquq fakultəsinin korifey hüquqşünaslarından və dünyasını dəyişən mərhum M. Xələfov, M. Ələsgərov, İ. Məmmədov, M. Rəsulov, Y. Mehdiyev, Ə. İbrahimov hazırda fəaliyyətdə olan və R. İsgəndərovun, A. Qasımovun, E. Nəsirovun, M. Məlikovanın auditorialarında mühazirə dinləməmişlər. ABU ilə BDU arasında cənnət-cəhənnəm arasında olan fərq qədər məsafə var.
Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyanın bir illik statistik rəqəmlərinə baxmaq yetər ki, ABU-nu bitirən hüquqşünasların az qismi dövlət qulluğunun müsahibə komissiyasından keçə bilir, az bir qismi. Etibar Mustafayev, Murtuz Ələsgərovun, Məmməd Xələfovun və digər həmişəyaşar hüquqşünas müəllimlərin mühazirələrini dinləməyib.
Hüquqşünas ixtisasına malik olmaq üçün şübhə doğuran təhsil ocaqlarına üz tutmaq və diplom əldə etmək hələ hüquqşünas olmaq –demək deyil. Hakim olmaq da hələ peşəkar hüquqşünaslıq deyil. İki nəfər hər hansı bir məsələ ətrafında mübahisə etdikdə həqiqəti aşkar etmək üçün hər iki tərəfin qəbul etdiyi, üçüncü şəxsin mülahizələrinə ehtiyac yaranır. İndiki halda, Qarabağ müharibəsinin veteranı və şəhid atası kimi Etibar Mustafayevin hərəkətlərindən əzab çəkdim…
Müstəqilliyin Azərbaycan xalqı üçün necə başa gəldiyini anlamayan, barıt qoxusunu hiss etməyən, qradların-doluların tükürpədən vahiməli səsindən həyəcanlanmayan birisinin hakim korpusunda olması adamı necə ağrıtmasın?! Mən, Bakı Dövlət Universitetinin əyani şöbəsini 1975-ci ildə bitirəndə, E. Mustafayev hələ anadan olmamışdı. Onun mənə qarşı hörmətsizliyini atasına qarşı edilən müstəsna hörmətsizlik və həyasızlıq kimi qəbul edirəm.
Düşünürəm ki, E. Mustafayevin səhvlərinə mütləq reaksiya veriləcək, onun inzibati amirlik tonu aşağı düşəcək. Peyğəmbərimizdən (s.ə.s) bir ibrətamiz kəlam var: Həyasızlığın qarşısı alınmayanda ən yüksək zirvəyə qalxa bilər.
Ölkə Prezidenti Möhtərəm İlham Əliyevin “Mən xalqın xidmətçisiyəm” ifadəsinin mahiyyətini anlamayan Etibar Mustafayevə üz tuturam. Bəs, sən kimsən?!
Tam səmimi deyirəm, Azərbaycan xalqı üçün Ədliyyə Nazirliyinin kollegiyası və onun sədri nüfuza malikdir. Nazir, kollegiyanın sədri F. Məmmədovu peşəkar və siyasi müvazinətini ekstremal şəraitlərdə saxlaya bilən ali məmur, təmkinli, ədalətli bir nazir kimi tanıyıram. Amma hakimlərin bəziləri bu nüfuza xələl gətirir. Vəzifə və kreslo insanı ucaltmır, bəzəmir, əksinə insan əxlaq və mədəniyyəti, biliyi və mənəviyyatı ilə o vəzifəni və kreslonu bəzəyir, ucaldır. Bu, sadə həqiqəti qəbul etmək lazımdır. Etibar Mustafayev hakim nüfuzundan ağlı ilə istifadə etməyi bacarmalı və ünvanına söylənilən tənqidlərdən nəticə çıxartmalıdır. Hər gün ayna qarşısında üzünü təraş edən kişi hakim mədəniyyətinin və nüfuzunun aşağı düşməsinin qarşısını almağı bacarmalı və anlamalıdır ki, dövlətin və ədalət mühakiməsinin rəmzi olan auditoriyaya rəhbərlik edəcək, dövlətin adından aktlar imzalayacaq…
Açığı, hakim E. Mustafayevin hərəkəti hakimlərin fəaliyyətini tənzimləyən qanunlara və hakimlərin etik davranış kodeksinə də ziddir.
Mən, bir dəfə də Sumqayıt şəhər Məhkəməsinin hakimi V. Rubinovun haqsızlığı ilə üzləşdim. Məhkəmə Hüquq Şurasına onun hərəkətləri barədə şikayət etdim. Mənim şikayətim təəssüflər olsun ki, narazı qaldığım hakimə göndərilmişdi. Zira, belə şey olarmı? Baxın, məhkəmə hakimiyyətini həyata keçirənlər sırasında kimlər var və kimlər olmalıdır?
Hakimlərin etik davranış kodeksinin 2-ci maddəsinə görə Hakim bütün hallarda Azərbaycan Respublikasının konstitusiyasına riayət etməli, ”Məhkəmələr və hakimlər haqqında“ Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları fəaliyyətində rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. Etibar Mustafayev hərəkətləri ilə hakimin yüksək nüfuzuna hörmət və izzətinə xətt çəkməklə, əslində öz adını qaralayır, vətənə sədaqətin bariz nümunəsi olan , içdiyi anda da sədaqətsizlik göstərir.
Daha sonra həmin kodeksin 9-cu maddəsinə görə icraatında olan işlərə baxarkən hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə yanaşı proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalıdır. Lakin 10-15 dəqiqəlik səthi proses zamanı açığı, mən hakim Etibar Mustafayevin nəzakətinin və mədəniyyətin nümayiş etdirilməsinin şahidi olmadım, əksini gördüm. Şübhəm yoxdur ki, ölkə prezidentinin korrupsiya hallarına qarşı ədalətli və təqdir olunan addımları belə hakimlərin ekspansiyasına imkan verməyəcəkdir.

Şəmsəddin Əliyev

Azinforum.az olaraq qeyd edirik ki, məqalədə yazılanlar müəllifin şəxsi fikirləridir. Məqalədə adı çəkilən hakim Etibar Mustafayevin də mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın